"Bank BTB"nin Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 4 avqust 2025-ci il tarixində, saat 11:00-da Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcək.
“APA-Economics” xəbər verir ki, növbədənkənar Ümumi Yığıncaqda bankın Müşahidə Şurasının tərkibi haqqında məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edilib ki, Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində, Təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.