Xəbər verdiyimiz kimi, Azərbaycan diasporunun Moskvadakı rəhbəri Elşən İbrahimov Rusiyanı tərk edib.
Musavat.com- un məlumatına görə, bir neçə gün əvvəl E.İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib və onun barəsində deportasiya qərarı çıxarılıb.
Musavat.com Moskvanın Şeremetyevo hava limanından “Aeroflot”un reysi ilə Bakıya yola salınan E.İbrahimova zəng edib və baş verənlərlə bağlı fikirlərini öyrənib. O sayta açıqkamasına hazırda təyyarəyə mindiyini və Azərbaycana gəldiyini deyib.
Diaspor rəhbəri deportasiya ilə bağlı Azərbaycana çatdıqdan sonra danışacağını deyib.
Qeyd edək ki, deportasiyanın səbəbləri rəsmi şəkildə açıqlanmayıb.