Ermənistanın Artik şəhərinin rəhbərliyi Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin sökülməsi və köçürülməsi barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət fraksiyasından olan deputat Mher Melkonyan bildirib.
Onun sözlərinə görə, abidə təhlükə altındadır. Deputat abidənin erməni xalqının faşizmə qarşı mübarizədə iştirakının simvolu olduğunu qeyd edib. O vurğulayıb: "Son günlər şəhər rəhbərliyi onu gizli şəkildə sökməyə hazırlaşır".
Siyasətçi əlavə edib ki, abidəni ictimai müzakirələr aparılmadan, şəhər sakinlərinə xəbərsiz və qeyri-qanuni şəkildə sökmək istəyirlər. M.Melkonyan bu hərəkətləri tarixi yaddaşa və Ermənistan-Rusiya münasibətlərinə zərbə adlandırıb.