Dollar bu halda bahalaşacaq .....                     FHN Akademiyasının tenderi ləğv edildi .....                     Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar .....                     Binəqədidə sürətli tikinti .....                     AAAF Parkda total təftiş QƏRARI .....                     "ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" .....                     Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... .....                     "Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" .....                     Masazırda vətəndaşlar buna etiraz edir .....                     ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir .....                     "Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" .....                     Vaşinqtona NƏ İLƏ gedirik... .....                     Özü bir ordu olan general... .....                     "Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim" .....                     Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi .....                     Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… .....                     Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb .....                     Moskvanı narahat edən Bakı gedişi .....                     Ermənistandan sürpriz Zəngəzur mesajı: .....                     Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu .....                     "Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir" .....                     Qadın kassirlər fəhlə kimi işlədilir .....                     Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi .....                     Sülh prosesində İran və Rusiya FAKTORU: .....                     Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib .....                     "Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" .....                     Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir .....                     Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... .....                     Azərbaycanda kişi istidən öldü .....                     Bu artıq sıradan müharibə deyil .....                     İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi .....                     Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb .....                     “Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik .....                     Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı .....                     Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb .....                     ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib .....                     Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı .....                     Məktəbli formalarının qiymətləri artacaq? .....                     Tramp Əliyev və Paşinyanı qonaq edəcək .....                     Bakıda köşk işçisini aldatdılar: .....                 

Vaşinqtona NƏ İLƏ gedirik... - İNCƏLƏMƏ
Tarix: Bu gün, 04:05 | Çap et

Erməni politoloq Suren Surenyants ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh razılaşmasının mümkün nəticələri ilə bağlı mətbuatda çıxış edib.

“Cebheinfo.az”-ın məlumatına görə, erməni ekspert avqustun 8-də Ağ Evdə keçiriləcək üçtərəfli görüşün Cənubi Qafqazdakı proseslərə təsiri, o cümlədən ABŞ, Azərbaycan və Ermənistan üçün yaratdığı geosiyasi dividentləri təqdim edib. Suren Surenyants qeyd edir ki, bu, sülh müqaviləsi deyil, məcburi mexanizmləri olmayan niyyət bəyannaməsidir.

Qeyd edək ki, ABŞ tərəfinin mətbuata açıqlamasında bu sənəd “niyyət məktubu” və “sülh bəyannaməsi” adlandırılmışdı. Mahiyyət etibarı ilə Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı sənəd əsasən tərəflərin yaxın qonşuluq və mehriban dostluq şəraitində dinc yanaşı yaşamaq prinsipini qəbul etdiklərini, bundan sonra sülh danışıqlarını davam etdirəcəklərini və sülhə nail olmaq üçün imzalanmış razılaşmaya sadiq qaldıqlarını özündə əks etdirəcək.

Lakin həmin razılaşma məcburi hüquqi öhdəliklər yaratmadığından, normativ qüvvəyə malik deyil. Bu, daha çox tövsiyə xarakterli sənəd olacaq. Ona görə də Ağ Evdə imzalanacaq “niyyət məktubu” və ya “sülh memorandumu” çərçivə sülh sənədi də hesab edilə bilməz. Sənədi dövlət başçıları imzaladığına görə onun niyyət protokolu olacağı inandırcı görünmür.

Niyyət protokolunu diplomatik qayadalara görə xarici işlər nazirləri imzalayırlar. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin imzalanacağı gözlənilir. Bundan öncə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan belə bir razılaşmanı 2022-ci il oktyabrın 6-da Praqada imzalayıb. Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan bu sənəd Praqa Bəyannaməsi adlanır.

Suren Surenyantsın fikrincə, Tramp üçün bu, “Amerika Qafqaza qayıtdı” kimi başlıqlı seçkiqabağı parlaq PR kampaniyasıdır. Tramp son aylar əsasən xarici siyasətdə məğlubiyyətlərə məruz qalıb və onun Konqresə aralıq seçkiləri öncəsi uğur hekayəsinə ehtiyacı var. Yəni Tramp prezident seçiləcəyi təqdirdə, dünyada müharibələri dayandıracağı və sülhü bərqərar edəcəyinə dair vədlər versə də, yerinə yetirə bilməyib.

Trampın siyasi reytinqinin aşağı düşməsi, xüsusilə də Rusiya Prezidenti Vladimir Putinin qarşısında zəif təsir bağışlamasında onun sülh təşəbbüslərinin nəticə verməməsi mühüm rol oynayıb. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı ABŞ-nin təkliflər paketi Trampın Cənubi Qafqaz strategiyası kimi təqdim olunur. Beləliklə, Ukraynada səyləri nəticəsiz qalan Tramp Rusiya üçün strateji əhəmiyyətə malik olan Cənubi Qafqazı Kremlin geosiyasi təsir dairəsindən çıxartdığına dair rəy yaradır.

Zəngəzur dəhlizi ilə bağlı təkliflər də regionun nəqliyyat-ticarət marşrutlarının ABŞ-nin nəzarətinə keçdiyini nümayiş etdirməyə hesablanıb. Surenyants da hesab edir ki, ABŞ Prezidentinin təklifi daha çox daxili auditoriya ünvanlanmış mesajdır. Yəni Trampın Azərbaycan və Ermənistan arasında sülh yaratması 2026-cı ildə Konqresə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyası üçün əla təbliğat kampaniyası ola bilər.

Erməni politoloq hesab edir ki, Ağ Evdə imzalanacaq sənəd yalnız Trampa deyil, Nikol Paşinyana PR üçün lazımdır. “Bu, Paşinyan üçün 2026-cı il seçkiləri ərəfəsində daxili təbliğatın can damarıdır. Belə bir sənəd olmadan Paşinyanın hakimiyyəti saxlamaq istəyi legitim olmayacaq”,-deyə Surenyants yazıb. Yəni Paşinyan Trampın təklif etdiyi sənədi imzalamaqla 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində ABŞ-nin siyasi dəstəyini əldə etmiş olar.

Rusiyanın dəstəklədiyi revanşist müxalifətə və kilsəyə qalib gəlmək üçün reytinqi xeyli aşağı düşmüş Paşinyana daha güclü beynəlxalq təminatlar lazımdır. Bu baxımdan, Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasətinin şərtlərini qəbul etmək Paşinyan üçün hakimiyyəti saxlamaqda zəmanət ola bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla sülhün reallaşmasını mümkün edən bir sıra qərarları qəbul etməkdə, məsələn, Ermənistan konstitusiyasına dəyişiklik etmək, işğal altındakı kəndlərin qaytarmaq kimi addımlar atmaqda Paşinyana ABŞ kimi qobal güc kömək edə bilər.

Əks təqdirdə, Ermənistanın Baş naziri seçkilər öncəsi ciddi müqavimətlə üzləşəcək. Suren Surenyants qeyd edir ki, ABŞ-də sənədin imzalanmasından qalib çıxan tərəf Azərbaycan olacaq. Azərbaycan “Dağlıq Qarabağ” məsələsinin bağlanması ilə bağlı beynəlxalq legitimlik alır. Yəni ABŞ-də razılaşmanın imzalanmasından sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini de-yure tanımalı olacaq. Lakin buna nail olmaq üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan preambula hissəsi çıxarılmalıdır. Trampın prosesə müdaxiləsindən sonra Paşinyan konstitusiya referendumuna gedə bilər.

Surenyants Azərbaycanın əldə edəcəyi növbəti dividend kimi Naxçıvanla ünsiyyət üçün yeni imkanların yaranmasını göstərir. Söhbət Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasından gedir. Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidin təmin olunması reallaşa bilər.

Lakin nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsizliyini ABŞ-nin və Rusiyanın öz üzərinə götürmək cəhdləri regionda münaqişəyə səbəb olacaq amil kimi dəyərləndirilir. Bu isə Zəngəzur dəhlizinin açılmasını yenidən əngəlləyə bilər. Surenyants Rusiya və İranla qarşıdurmada ABŞ-nin dəstəyini növbəti amil kimi göstərir.

Belə ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə Rusiya və İran Azərbaycana qarşı siyasi təzyiqləri artıra bilər. Ancaq bunu yalnız Azərbaycana deyil, Ermənistana da aid etmək olar. Bu halda ABŞ xarici təzyiqdən müdafiə olunmaqda hər iki tərəfə dəstək verə bilər.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi
Bu gün, 07:06
FHN Akademiyasının tenderi ləğv edildi - BUNA GÖRƏ...
Bu gün, 06:47
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar 24–36 saat ərzində verilə bilər
Bu gün, 05:07
Binəqədidə sürətli tikinti - NƏ BAŞ VERİR?
Bu gün, 05:05
AAAF Parkda total təftiş QƏRARI - təsisçi Tofiq Heydərov ölkədən çıxıb?
Bu gün, 05:00
"ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" - GƏLİŞMƏ
Bu gün, 04:34
Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... - NƏ ETMƏLİ?
Bu gün, 04:27
"Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:22
Masazırda vətəndaşlar buna etiraz edir - hər yer SATILIB
Bu gün, 04:17
ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir - FAKT BUDUR!
Bu gün, 04:14
"Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" - ONA GÖRƏ DƏ...
Bu gün, 04:12
Vaşinqtona NƏ İLƏ gedirik... - İNCƏLƏMƏ
Bu gün, 04:05
Özü bir ordu olan general... - ŞƏRH
Bu gün, 04:03
"Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim" - FOTO
Bu gün, 03:59
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:56
Cahangir Əsgərov Azərbaycanı tərk edib: Bankda görün nə qədər pulu varmış… - İLGİNC
Bu gün, 03:53
Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb - "Fox Business"
Bu gün, 03:49
Moskvanı narahat edən Bakı gedişi – Zelenski birbaşa əlaqəyə keçdi
Dünən, 18:02
Ermənistandan sürpriz Zəngəzur mesajı: - Bir addım qaldı
Dünən, 18:00
Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu
Dünən, 17:51
"Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir"
Dünən, 17:48
Qadın kassirlər fəhlə kimi işlədilir - Ekspert xəbərdarlıq edir
Dünən, 17:44
Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi - TƏFƏRRÜAT
Dünən, 17:42
Sülh prosesində İran və Rusiya FAKTORU: - Ermənistanın durumu çətindir
Dünən, 17:39
Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib
Dünən, 17:34
"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT
Dünən, 17:31
Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir - GƏLİŞMƏ
Dünən, 17:26
Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... - ONSUZ DA...
Dünən, 17:22
Azərbaycanda kişi istidən öldü - TƏFƏRRÜAT
Dünən, 17:17
Bu artıq sıradan müharibə deyil – Böyük ərazinin tam işğalı başlayır
Dünən, 17:14
İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi - TƏFƏRRÜAT
Dünən, 17:08
Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb
Dünən, 17:03
“Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik
Dünən, 17:00
Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı – “Evimizi almışıq, küçədə yer tapmırıq”
Dünən, 16:58
Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb - Shamshyan.com
Dünən, 16:56
ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib
Dünən, 16:54
Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
Dünən, 16:06
Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ
Dünən, 16:04
Tramp Əliyev və Paşinyanı qonaq edəcək - Dünya sülhü gözləyir
Dünən, 15:59
Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
Dünən, 15:58
Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
Dünən, 15:52
Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq - TƏFƏRRÜAT
Dünən, 15:48
Dini düşmənçilikdə ittiham olunan İmamverdi Əhmədova hökm oxundu
Dünən, 15:45
Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? - Yusif Pezeşkian
Dünən, 15:43
Ermənistanda PANİKA: Trampla görüşdən sonra... – Moskvanın ilginc təxribat planı
Dünən, 15:38
Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Dünən, 15:35
Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb
Dünən, 15:32
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Dünən, 15:00
Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... - İLGİNC FAKTLAR...
Dünən, 14:59
Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - “İşləmək istəyirəm, çarəsiz qalmışam...”
Dünən, 13:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru