İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub .....                     İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil .....                     Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları .....                     "Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi .....                     İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə .....                     Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! .....                     475 min manatlıq satınalma yarımçıq qaldı .....                     Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub .....                     Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edib .....                     BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı .....                     Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma... .....                     “Aztelekom”un Qarabağ Regional Filialına rəhbər təyin edilib .....                     İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır .....                     AHİK-in “elektron yollayış” dələduzluğu .....                     “Aqroservis”in sədrinə yeni müavin təyin edilib .....                     Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” .....                     “Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur” .....                     Məhkəmə Gömrük Komitəsinin eks-əməkdaşı ilə bağlı qərar verdi .....                     Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub .....                     Aytən Səfərovaya cinayət işi açıldı .....                     Zaur Mikayılovun işçiləri olmayan ünvana vətəndaşa külli miqdarda BORC YAZIB... .....                     Ukraynadan açıqlama: Moskva artıq Bakıya diktə edə bilmir .....                     Norveç şirkəti Azərbaycan bazarından gedir .....                     Papikyanın müşaviri həbs edildi .....                     Ötən ay yaradılmış şirkətin nizamnamə kapitalından 48 min manat .....                     İndi sülhün əsas qarant rolunu ABŞ oynayır .....                     Sülhə Dəvət .....                     “Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq” .....                     "Neçə aydır boş-boşuna aylıq kredit ödəyirik..." .....                     `Lukoyl`un işçiləri fırıldağa vərdiş edib... .....                     Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var .....                     Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri... .....                     “Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür” .....                     Ermənistana təzminat davasından VAZMI KEÇDİK? .....                     İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”? .....                     Rusiya təxribata əl atdı, Əliyev və Zelenski təsdiqlədi .....                     Maaşları mənimsənilən işçilər Prezidentə MÜRACİƏT ETDİ .....                     SOCAR-a aid torpaqları KİM SATIR? .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                 

İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”? - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:35 | Çap et

“Ermənistan həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanət edir”. Musavat.com xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib. Onun sözlərinə görə, ABŞ İranla sərhədə yaxın ərazilərdə gizli məlumatları kəşfiyyat yolu ilə toplamağa başlaya bilər.

“İrəvanın xəyanəti yalnız Rusiyaya deyil, həm də İrana qarşıdır. İran uzun illər Ermənistana dəstək verib, amma indi İrəvan ABŞ-a hərbi baza yaratmağa icazə verib. Həmin ərazidə amerikalılar kəşfiyyat sistemləri yerləşdirəcək və gələcəkdə ABŞ-ın İrana qarşı mümkün aqressiyasına dəstək göstərəcək. Bu, həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanətdir”, - deyə Sergey Markov bildirib.

Markov haqlıdırmı? Bu, “ikiqat xəyanət”dirsə, Moskva və Tehranın İrəvana cavabı nə olacaq?

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”da bu suallar ətrafında tarixə ekskursiya etdi: “Bu məsələyə 1855-65-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş, böyük ictimai-siyasi xadim Lord Palmerstonun məşhur sözləri ilə başlamaq istəyirəm. O demişdi: ”Böyük Britaniyanın daimi düşmənləri və daimi dostu yoxdur. Birləşmiş Krallığın daimi, dəyişməz, əbədi maraqları var və biz onu dəyişmək istəmirik". İstənilən ölkənin, o cümlədən Ermənistanın da daimi maraqları var. Bu gün dost ola bilənlər səhəri gün düşmən olmasalar da, ən azından onların maraqlarını təmin etməyə bilərlər. Paşinyan hakimiyyətə gəldiyi gündən bəri bilirik ki, qərbyönlü siyasət aparır və ölkəsinin perspektivini bu siyasətdə görür. Onun üçün də Sergey Markovun Rusiya və İranın maraqlarına xəyanət etməsi fikirləri təsadüfi deyil. Ola bilsin ki, xəyanət edib. Amma Ermənistanın maraqlarına xəyanətdirmi? Xeyr. Əksinə, Ermənistanın maraqlarına uyğun addım atıb. Çünki Rusiya və İran Ermənistanın uzunmüddətli siyasətini təmin edəcək maraq yaratmayıb. Hər zaman bölgədə gərginlik yaradıblar. Artıq Paşinyan hökuməti və erməni cəmiyyəti yaxşı anlayır ki, sərhəd ölkələrindən Türkiyə və Azərbaycanla gərgin münasibətlərdə olmaq onların maraqlarına xidmət etmir".

Polkovnik Markovun bu fikirləri ilə öz ölkəsinin maraqlarını güddüyünə də toxundu: “Belə fikirlərdə təbii ki, Markov Ermənistanın maraqlarını nəzərə alası deyil ki?! İran fikirləşir ki, Amerika o tərəfdən kəşfiyyat məsələlərini həll edəcək. Bu, çox yersiz düşüncə və yanaşmadır. Burada əsas məsələ Cənubi Qafqaz kimi bir bölgədə Amerika kimi bir supergücün siyasi və iqtisadi maraqlarını həyata keçirmək, Rusiyanı buradan sıxışdırmaqdır. Bu maraq da Ermənistanın perspektiv maraqları ilə üst-üstə düşür. Mən hələ Azərbaycan məsələsini demirəm, ölkəmizi bura qatmıram. Çünki biz bilirik ki, 8 avqustda Vaşinqtonda atılan addım Azərbaycanın birbaşa istəyi olmasa, mümkün olmazdı”.

İ.İsmayıl hesab edir ki, 1895-96-cı illərdən başlayaraq, Türkiyə ərazisində erməni daşnaklarını qızışdırmaqla ermənilərin Türkiyədən böyük köçünün baş tutduğunu nəzərə alsaq, 1915-ci ildə I Dünya savaşı zamanı Çar Rusiyası tərəfindən qızışdırılaraq ortaya atıldıqlarını xatırlatsaq, göründüyü kimi, bunlardan heç nə qazanmadılar: “Ermənistan parlamentinin sədri Alen Simonyan dəfələrlə deyib ki, bizim Rusiya ilə yaxınlaşmamız hər zaman fəlakətimizlə nəticələnib. Genosid məsələsinə də Paşinyan boşuna yanaşmayıb. Biz bunu araşdırmalıyıq ki, görək bu nədən belə olub. Ermənilər hər zaman alət olublar. Maraqları naminə daim satıblar. Bu gün də maraqları Qərbə doğrudur. Türkiyə və Azərbaycanla yaxın münasibətlər bu gün İrəvanın maraqlarına cavab verir. Burada kəşfiyyat məsələsi sadəcə çox xırda bir məsələdir. Ola bilsin ki, kiçik bir məlumat əldə etsinlər. Amma bu, qlobal mənada kəşfiyyat məlumatı əldə etmək olmayacaq. Digər tərəfdən, orada qeyd olunur ki, Amerika hərbi baza yaradır. Xeyr, bu belə deyil. Tranzit yolda təhlükəsizliyin, nəzarətin təmin edilməsi hərbi baza yaratmaq deyil”.

İ.İsmayıl şimal və cənub qonşumuzun İrəvana cavabının necə ola biləcəyindən də söz açdı: “Kreml 5 ildən çoxdur ki, İrəvanda hakimiyyət dəyişikliyi etməyə çalışır. Amma hələ ki buna nail ola bilməyib. Bundan sonra daha sərt formaya keçə bilər. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər rusiyayönümlü qüvvələri cəlb edə bilər ki, ölkədə qarışıqlıq yaratsın, seçkilərə qədər hakimiyyət dəyişikliyinə nail olsun. Hətta deyərdim ki, Paşinyana qarşı sui-qəsdə də cəhd oluna bilər. Hərçənd ki, Qərb tərəfindən Paşinyanın fiziki təhlükəsizliyi qorunur. Rusiya kilsə, daşnaklar, diasporanın vasitəsilə daim hərəkətdə olacaq. Üstəlik, iqtisadi təzyiqlərə də keçəcək”.

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistan sakit formada Rusiya və İrandan uzaqlaşacaq: “Ermənistan artıq kolonial və forpost dövlət olmaqdan bezib. Artıq Rusiya və İranın onu alət kimi istifadə etməsindən və bu yolla Tehranla Moskvanın İrəvanı özündən asılı vəziyyətə salmaq cəhdlərindən cana doyub. Paşinyan artıq güclünün yanında olmaq qərarını verib. Nikol Vovayeviç bundan sonra zəiflərlə işləmək istəmir. Ermənistan anlayır ki, Ukrayna ilə üç ildir bacara bilməyən Rusiya, İsrailin əlində cəmi bir həftəyə əsir-yesir qalan İran onu Qərbin təzyiqlərindən müdafiə etmək iqtidarında deyil. Üstəlik, İran və Rusiya Ermənistana xoş günlər yox, qara günlər vəd edir. Ermənistan isə "işğalçı ölkə" ayamasından, damğasından qurtulmaq istəyir. İrəvanda anlayırlar ki, nicat qapısı ABŞ-ın, Türkiyənin və Azərbaycanın yanında olmaqdan keçir. Öz maraqlarını müdafiə etmək, gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək xəyanət deyil. Doğrudan da Rusiya və İran Ermənistana dostdursa, İrəvanın bu addımını xoşməramlı addım kimi qəbul etməlidirlər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub - İran mediası
Bu gün, 11:58
İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil – Hökumət sözçüsü
Bu gün, 11:56
Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları “Tik-Tok”da paylaşan kişiyə AĞIR CƏZA
Bu gün, 11:41
"Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi - FOTO
Bu gün, 11:36
İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? - AXI NİYƏ?
Bu gün, 11:29
Azərbaycan Zəngəzur dəhlizi ilə Ermənistana qaz VERƏ BİLƏR
Bu gün, 11:25
Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! - Üzr istəməli oldular və...
Bu gün, 11:19
475 min manatlıq satınalma yarımçıq qaldı - DETALLAR
Bu gün, 11:13
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub - onunla bərabər...
Bu gün, 11:03
Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edib - Macarıstan bu dəfə də...
Bu gün, 11:01
BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var
Bu gün, 11:00
Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma... - TƏFƏRRÜAT
Bu gün, 10:54
“Aztelekom”un Qarabağ Regional Filialına rəhbər təyin edilib - ƏMR
Bu gün, 10:51
İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır - Donald Tramp
Bu gün, 10:46
AHİK-in “elektron yollayış” dələduzluğu - FOTOFAKT
Bu gün, 10:30
“Aqroservis”in sədrinə yeni müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:23
Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” - TƏFƏRRÜAT
Bu gün, 10:22
“Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur” - Elarizdən SƏRT AÇIQLAMA
Bu gün, 10:11
Məhkəmə Gömrük Komitəsinin eks-əməkdaşı ilə bağlı qərar verdi
Bu gün, 10:09
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub - MƏQALƏ
Bu gün, 10:04
Aytən Səfərovaya cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:55
Zaur Mikayılovun işçiləri olmayan ünvana vətəndaşa külli miqdarda BORC YAZIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:47
Ukraynadan açıqlama: Moskva artıq Bakıya diktə edə bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:39
Norveç şirkəti Azərbaycan bazarından gedir - DETALLAR
Bu gün, 09:38
Papikyanın müşaviri həbs edildi
Bu gün, 09:36
Ötən ay yaradılmış şirkətin nizamnamə kapitalından 48 min manat - GERİ GÖTÜRÜLÜR
Bu gün, 09:31
İndi sülhün əsas qarant rolunu ABŞ oynayır - ŞƏRH
Bu gün, 09:28
Sülhə Dəvət - İlahi və Tarixi Zərurət
Bu gün, 09:26
“Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq” - deputat
Bu gün, 09:18
"Neçə aydır boş-boşuna aylıq kredit ödəyirik..." - GİLEY
Bu gün, 09:15
`Lukoyl`un işçiləri fırıldağa vərdiş edib... - Hər fürsətdə aldadırlar...
Bu gün, 09:08
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 08:57
Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri... - Ekspert danışır...
Bu gün, 08:55
“Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür” - ONA GÖRƏ Kİ...
Bu gün, 08:50
Ermənistana təzminat davasından VAZMI KEÇDİK? - AKTUAL
Bu gün, 08:48
İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”? - GƏLİŞMƏ
Bu gün, 08:35
Rusiya təxribata əl atdı, Əliyev və Zelenski təsdiqlədi – Bakının 4 müttəfiqinə mesaj
Bu gün, 07:43
Maaşları mənimsənilən işçilər Prezidentə MÜRACİƏT ETDİ - NARAZILIQ VAR...
Bu gün, 07:40
SOCAR-a aid torpaqları KİM SATIR? - rəhbərlik rəsmən GÖZ YUMUR
Bu gün, 07:12
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 07:01
Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq? - Görünəni odur ki...
Bu gün, 06:58
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Bu gün, 06:57
Mikayılov xeyri özgəsinə vermir - deputatla anlaşdı
Bu gün, 06:55
Azərbaycan-Rusiya: Bundan sonra nə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:48
“Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” - FAKT BUDUR!
Bu gün, 06:45
ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə... - Ermənistana daha çox təzyiq etməlidir
Bu gün, 06:43
Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib... - Azərbaycan Körfəz ölkələrinə üz tuta bilər...
Bu gün, 06:41
“Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan variantdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:39
"Xaric oxuyan" diplomat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:36
"Azərbaycana və Ermənistana təzyiq olacaq" - AMMA...
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru