Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                     Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? .....                     Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... .....                     Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                 

Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Tarix: Bu gün, 12:10 | Çap et

2020-2021-ci illərdə Lazurit dəhlizi barədə çeşidli məqalələr yazmışam. İndi həmin məqalələrdən birini nəzərdən keçirəndə gördüm ki, həmin dövrdə hələ tamamlanmayan layihələr nəticəsində bəzi mülahizə xətalarına da yol vermişəm. Məsələn, bu dəhlizin "Bir kəmər, bir yol" marşrutunun bir hissəsi olduğunu vurğulamışam. Halbuki indi məlum olur ki, heç də belə deyilmiş. ABŞ-ın nəzərində bu dəhlizlər Çində tamamlanmalı deyillər.
Buna baxmayaraq, Lazurit dəhlizinin mahiyyəti barədə az-çox məlumat verə bilmişəm. Ümid edirəm ki, bu natamam mülahizələrdən nələrsə öyrənə bilərsiniz. Bunu nəzərə alaraq, Lazurit dəhlizi barədə 5 illik mülahizələrimi nəzərinizə çatdırmağı məsləhət bilirəm.
İran rəsmilərinin İrəvan səfərləri başlayandan sonra Ermənistanın da ritorikası dəyişilməyə başladı. Əvvəl “Zəngəzur dəhlizi”nin Ermənistanın da işinə yaradığını bəyan edən Nikol Paşinyan birdən-birə imzaladığı müqavilənin tələblərini danmaq yolunu tutdu. Sözsüz ki, bütün bunlar səbəbsiz deyildi və aydın sezilirdi ki, İrəvanın mövqe dəyişməsinin arxasında Tehranın da barmağı var.
Bəs, İran nədən narahatdır?
Fikrimizcə, bu suala ən yaxşı cavabı İranın mühafizəkar veb saytı “Məşrək” verib. Sayt 10 noyabr Bəyanatının tələblərinin həyata keçirilməsi nəticəsində İrana dəyə biləcəyin zərərləri 6 başlıq altında belə sıralayıb:
1. Azərbaycan bu vaxta qədər İran vasitəsilə Naxçıvana göndərdiyi qazın 15 faizini İrana komissiya haqqı olaraq verirdi. Zəngəzur dəhlizi açıldıqdan sonra qaz birbaşa Naxçıvana göndəriləcək və İran öz qazancından məhrum olacaq.
2. İran 1996 -cı ildə Türkiyə ilə qaz satışı müqaviləsi imzalayıb. Bu razılaşmaya görə, Türkiyə illərdir İrandan bahalı qaz alır. Türkiyə İrana min kubmetr üçün 490 dollar ödədiyi halda, Azərbaycan qazını 335 dollara ala bilər. Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə, İranın qaz ixracatı zərəri böyük olar.
3.Türkmənistandan başlayaraq İran üzərindən Türkiyəyə keçməsi planlaşdırılan boru kəməri layihəsi 2017 -ci ildə maliyyə mübahisələri səbəbindən dondurulmuşdu. Türkmənistan artıq bu qazı Azərbaycan üzərindən Türkiyəyə çatdıra bilər.
4. İranın Ermənistana boru kəmərinin əhəmiyyəti də azaldı.
5.ABŞ-ın dəstəklədiyi Transxəzər boru kəməri layihəsi yenidən gündəmə gələ bilər. Türkmənistanın liman şəhəri Türkmənbaşıdan Azərbaycana nəql olunan karbohidrogen məhsulları Avropaya Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud boru xətləri ilə nəql edilə bilər.
6. İrandan Avropaya qaz nəqli planlaşdırılan boru kəməri layihəsinin qarşısında daha çox maneələr yaranacaq.
Göründüyü kimi, İran ekspertləri də Azərbaycanın torpaq bütünlüyünün təmin olunmasını özləri üçün böyük təhlükə hesab edir və bu təhlükəni əsasən iki hissəyə ayırır. Bunlardan biri enerji ixracatı, digəri isə tranzit xətləri ilə əlaqədardır. Zənnimizcə, İran üçün əsas problem də ikincidir. Zira bu ölkə Türkiyə-Orta Asiya tranzit xəttindən Naxçıvana verilən qazın 15% komissiya haqqından müqayisə olunmayacaq qədər çox pul qazanır. İran Yollar və Nəqliyyat Nazirliyinin 2020-ci il məlumatlarına görə, koronavirusun ticarətə təsirinə baxmayaraq, həmin il hər ay 12 minə yaxın Türkiyə yük maşını İran-Türkiyə sərhədini keçir və bunun böyük hissəsi türk respublikalarına və Əfqanıstana yük daşıyır. Türkiyəyə daxil olan və Türkmənistan sərhədindən çıxan hər yük maşını isə İrana 1800 kilometrlik yol üçün 700-800 dollar ödəniş edir. Ermənistandan açılacaq dəhliz bu trafiki də xeyli azaldacaq.
Bundan əlavə, Zəngəzur dəhlizinin açılması İranı beynəlxalq nəqliyyat xətlərindən də məhrum edə bilər. Tehranı qıcıqlandıran əsas səbəb də elə budur. Məlum olduğu kimi, Çinin “«Bir Kəmər, Bir Yol»” proyektində əsas yerlərdən birini Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi tutur. 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə ilə rəsmiyyət qazanan proje Əfqanıstan - Türkmənistan – Xəzər dənizi üzərindən Azərbaycan – Gürcüstan – Türkiyə - Avropa arasında nəqliyyat marşrutunun qurulmasını planlaşdırır. Həm vaxta qənaət, həm də xərc baxımından sərfəli olan bu marşrutu ucuzluğuna görə bəzən dəniz yolu ilə müqayisə edənlər də tapılır. Bu mülahizəyə görə, 2020 -ci ilin dekabr ayında Çin ilə Avropa Birliyi arasında dəniz nəqliyyatının dəyəri dəmir yoluna nisbətən 50% artıb. Ötən mart ayında dünyanın ən böyük yük gəmilərindən sayılan "Evengreen"in Süveyş kanalında dibə oturması da bu nəqliyyat marşrutunun çox da təhlükəsiz olmadığı həqiqətini ortaya çıxartdı. Məhz bu hadisələrdən sonra bir çox tədarükçülər və böyük şirkətlər dəmir yoluna üstünlük verməyə başladılar. Beləcə Qərblə Şərq arasında ən qısa və sərfəli nəqliyyat xətti sayılan və bir çox Avropa dövlətləri tərəfindən də dəstəklənən “Lazurit yolu”nun əhəmiyyəti artdı.
Düzdür, “Lazurit yolu” planlaşdırılarkən layihənin əsas qayəsi olaraq Əfqanıstanın təbii sərvətlərinin, o cümlədən dünyaca məşhur Bədəxşan ləlinin (Layihənin adı da burdan gəlir. Lazurit - ləl deməkdir) Avropaya daşınması göstərilirdi. Fəqət milyardlarla dollara başa gələcəyi şübhə doğurmayan bu marşrutun sadəcə Əfqanıstanla kifayətlənməyəcəyi də bəllidir. Çindən Pakistan üzərindən Əfqanıstana keçməklə Türkmənistana açılacaq yeni yolların salınması “Lazurit yolunun” «Bir Kəmər, Bir Yol» layihəsinə birləşdirilməsini də şərtləndirə bilər. İndiyədək Çinin bu layihəyə şübhə ilə yanaşmasının yeganə səbəbi Əfqanıstanın ABŞ tərəfindən işğalı idi. İşğalın bitməsindən sonra bu problem də qalmadı.
Bəlkə də ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsinin başlıca səbəblərindən biri də bu idi: “Bir Kəmər, Bir Yol” projesinin əsas keçid güzargahını nəzarətə götürmək və Çinin iqtisadi cəhətdən dünyaya açılmasının qarşısını almaq. ABŞ-ın bölgədən çəkilməsi ilə bu təhlükəyə də son qoyuldu. İşğaldan sonra Əfqanıstan iqtisadiyyatının qurulmasına, ən əsası, təbii sərvətlərinin istismarına ən böyük yatırımların Çin şirkətləri tərəfindən qoyulacağı gözlənilir. Əfqan iqtisadiyyatı inkişaf etdikcə, Çin iş adamlarının “Lazurit yolu” ilə Avropaya məhsullarını daşıyacağı şübhə doğurmur.
Yeri gəlmişkən, “Taliban”ın 20 il ərzində özünü qorumasında və işğala qarşı mübarizəsində Pakistanla Çinin maraqlı olduğunu, hətta gizli dəstək verdiyini hesaba qatsaq, 44 günlük savaş müddətində İslamabadın Azərbaycanı açıq şəkildə müdafiə etməsinin bir başqa səbəbi də ortaya çıxır. Belə nəticə hasil olur ki, Asiya nəhəngləri 4 tərəfdən əhatəyə alınan iqtisadiyyatlarını və nəqliyyat xətlərini maneələrdən təmizləmək üçün əl-ələ veriblər. Bu da Azərbaycanın milli maraqlarına uyğun olduğundan rəsmi Bakı fürsətdən faydalanaraq, çoxdan gözlədiyi hərbi əməliyyatlara başladı və qələbə çaldı. Bu arada, bizə ən böyük dəstəyi verən qardaş Türkiyənin də “Lazurit yolu” üzərində yerləşdiyini gözdən qaçırmaq olmaz.
“Lazurit yolu”na alternativ layihələrdən biri isə Pakistan üzərindən Oman dənizinə qaçılan qapıdır. “Çin-Pakistan İqtisadi Dəhlizi” (ÇPİD) adlanan bu xətt Çinlə sərhəddən başlayıb Pakistanın Qvadar limanına qədər uzanır. Dəhliz Qvadar limanından sonra iki marşruta haçalanır. Bunlardan biri su yolu ilə Qırmızı dənizə və Süveyş kanalına, digəri isə quru yolu ilə İran üzərindən Ermənistana, ordan isə Gürcüstana çıxmağı hədəfləyir. Marşrut bu gün Azərbaycan ordusunun fəaliyyətini dayandırdığı Qafan-Gorus yolundan keçir.
Həmin yolun tranzit üçün əlverişli hala gəlməsinin qarşısında başqa problemlər də var. Bunlardan ən mühümü oradan dəmir yolunun çəkilməməsidir. Çünki avtomobillərlə yüklərin daşınması böyük xərc istəyir və iqtisadi rəqabətdə uduzur. Təbii ki, Azərbaycan öz ərazisindən Ermənistanın dəmir yolu çəkməsinə də razı olmaz. Hətta Zəngəzur dəhlizi açılmayana qədər avtomobil yolunun belə açılmasına razılıq verməməlidir. Zəngəzur dəhlizi açılarsa İranın Ermənistan-Gürcüstan-Qara dəniz layihəsinin mənası qalmır.
İranın bu layihəsinin həyata keçirilməsi alternativləri də yox səviyyəsindədir. Bunlardan biri Sisyan üzərindən dolanbac yollardan keçir. Oradan hətta yük maşınlarının keçməsi belə böyük təhlükələr yaradır. Dəmir yolunun inşası üçün isə Kiçik Qafqaz dağlarının bu başından o başına qədər tunellər açılmalıdır. Sözsüz ki, İranın xərci borcundan çox olan bu layihəyə kapital yatırmağa nə pulu var, nə də həvəsi. Ən azı ona görə ki, Azərbaycan beynəlxalq tərəfdaşlarına qat-qat ucuz və təhlükəsiz marşrut təqdim edir və bu nəqliyyat xəttinin taleyi Zəngəzur dəhlizindən asılı deyil. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə faktiki “Lazurit yolu” fəaliyyətdədir. Zəngəzur dəhlizi isə Ermənistanı və İranı da bu layihəyə daxil edə bilər və nəticədə ikisi də qazanar. Əlbəttə, bir-birindən ayrı və müstəqil şəkildə. Azərbaycanın da milli maraqlarına uyğun olaraq...
Heydər Oğuz - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru