Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... .....                     1,6 manatlıq "tender kralı"na daha bir sifariş .....                     Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi .....                     Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi .....                     Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib .....                     "Əli Mirəliyev nə vaxt düzələcək?" .....                     BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır .....                     İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir .....                     “Putinin ittifaqı”na daha bir üzv qoşulur? .....                     Çində mühüm mərhələyə çatdıq .....                     Milli Məclis sürücüləri çətin duruma salıb .....                     Daha 1 550 ailə Qarabağa köçürülür .....                     Bir fotonun analizi .....                     Paşinyan Akopyanla birgə Pekinə getdi .....                     “Azərbaycan Başkəndi Ermənistana verə bilməz” .....                     Nazirliyin strukturunda dəyişiklik edildi .....                     "Azəripək" auditor seçir .....                     Rasim İldırımzadə məhkəmədə .....                     "Dövlətin verdiyi ərzaqları evinə aparır..." .....                     Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi .....                     Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında .....                     Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi .....                     Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur .....                     Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib .....                     Bu bank rəsmən millətin QƏSDİNƏ DURUB... .....                     İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif? .....                     Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə .....                     Rusiyadan Ermənistana sərt xəbərdarlıq: .....                     Bakı Moskvaya qarşı “əjdaha qalxanı”nı götürdü .....                     Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub .....                     “Yelo Bank” səhmdarlarını yığıncağa çağırır .....                     Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi .....                     Olavio Juninyo yenidən "Qarabağ"da .....                     16 il iş almışdı, həbsdə də cinayət törətdi... .....                     İcra hakimiyyətlərinin ləğvi gündəmdə .....                     Uzun növbələr, yorucu prosedurlar... “gedin ölün!” .....                     AQTA-nın Tovuzdakı işçiləri NƏ İŞ GÖRÜR? .....                     Ruslar niyə GERİ ZƏKALIDIR? .....                     Rusiyanın 10 noyabr üçtərəfli bəyanatından yapışmasının sirri .....                     Azərbaycan-Çin ortaqlığı Hindistanın Güney Qafqaz maraqlarına qarşı... .....                 

İcra hakimiyyətlərinin ləğvi gündəmdə - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 09:34 | Çap et

Ötən həftə prezident Ağdaşın icra başçısına şiddətli töhmət verdi. Rayon rəhbəri də ölkə başçısının düzgün qərar verdiyini və bundan nəticə çıxaracağını açıqladı. Lakin bu qərar növbəti dəfə Azərbaycanda yerli icra hakimiyyəti idarəçiliyinin effektivlik məsələsini gündəmə gətirib. Tənqidçilərin fikrincə, icra başçılarının vəzifələrindən azad edilməsi, yerlərinin dəyişdirilməsi, töhmət alması, hətta həbs olunması da vəziyyəti dəyişmir. Ona görə də İH-lərin ləğvi təklif edilir. ReAl Partiyasının sədri Natiq Cəfərli də sosial media hesabında bu barədə paylaşım edib: “Töhmətlə, şiddətli töhmətlə, həbs etməklə, işdən çıxartmaqla olmur, düzəlmir də bu sahə - şəhər-rayon icra başçıları institutu ləğv edilməlidir. Bu qurum SSRİ-dən qalma mənasız, qeyri-effektiv, "birinci katib" adının dəyişdirilmiş formasıdır".

Onun fikrincə, şəhər-rayon seçkili mer institutu təsis edilməli, hesabatlı, şəffaf yerli özünüidarə institutları yaradılmalıdır.

N.Cəfərliyə görə, başqa yol yoxdur, qalib xalq şəhər, rayon, qəsəbə və kəndlərdə özünü idarə edə bilər, buna inanmaq, bu sistemə keçmək zamanıdır: "Bu gün iqtisadiyyatda yaranmış durğunluğun, geriləmənin, aqrar sektordakı problemlərin, regionlardan Bakı və Abşerona axının davam etməsinin ən böyük səbəbi məhz köhnəlmiş mərkəzi və yerli idarəetmə sistemidir - Azərbaycanın qarşısında duran çağırışlara bu sistem artıq cavab verə, problemləri həll edə bilmir.

Prezident Əliyevin doğru qərarı ilə ölkədə 14 iqtisadi rayon yaradılıb, həmin iqtisadi rayonlar inzibati ərazi vahidinə çevrilməli, Prezidentin şəxsi nümayəndəlik institutu Prezident adına həmin 14 ərazi vahidində Dövləti təmsil etməlidir".

Bəs bu dəyişikliyə getməyə nə mane olur? Bunun üçün konstitusiya yenilənməlidir, yoxsa Prezidentin qərarı ilə İH-lər ləğv oluna bilər?

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, konstitusiyanın 3-cü maddəsinə əsasən, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur: “Konstitusiyanın 6-cı fəsli bütövlükdə icra hakimiyyətinə aiddir. İcra hakimiyyətinin məsuliyyəti ilə bağlı konstitusiyanın 99-cu maddəsində qeyd olunur ki, Prezident icra hakimiyyətinin başında duran şəxsdir. İcra hakimiyyətinin məsuliyyəti Prezidentə aiddir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, Prezident icra hakimiyyətinin fəaliyyətini formalaşdırmaq üçün icra hakimiyyəti orqanları yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı hesab olunur. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə rəhbərliyi icra hakimiyyəti başçıları həyata keçirir. Bu da o deməkdir ki, icra hakimiyyətlərinin konstitusiyada adı çəkilir”.

Vəkilin sözlərinə görə, qanunvericiliklə icra hakimiyyətlərinin ləğvi yalnız konstitusiyaya uyğun şəkildə əlavələr və dəyişikliklərin edilməsi ilə mümkündür: “Konstitusiyanın 3-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan xalqı onun mənafeyi ilə bağlı olan istənilən məsələni referendum vasitəsilə həll edə bilər. Lakin həmin icra orqanlarının və vəzifəli şəxslərin təyini məsələsində xalqın referendum keçirmək təşəbbüsü qanunla nəzərdə tutulmur”.

Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndəsi institutu fəaliyyətə başlayıb və bu, qanunvericiliklə qadağan edilmir: “Amma icra hakimiyyətləri ilə xüsusi nümayəndələrin statusu arasında fərq ondan ibarətdir ki, icra hakimiyyətlərinin statusu daha yüksəkdir və öndədir. Çünki onların statusu konstitusiyada əsasnamə əsasında müəyyən olunub”.

Hüquqşünasın fikrincə, bununla bağlı referendum vasitəsilə müvafiq dəyişikliklər aparıldıqdan sonra daha effektiv idarəetmə, hakimiyyət orqanı formasında daha ciddi və səmərəli idarəetməni müşahidə etmək mümkün olacaq. O hesab edir ki, bu dəyişikliklərdən sonra siyasi hakimiyyətin də islahatlara dair siyasi iradəsini nümayiş etdirdiyini görmək mümkün olacaq.

Qonşu ölkələrin təcrübəsinə nəzər yetirdikdə fərqli mənzərə ortaya çıxır. Misal üçün, Gürcüstanda icra hakimiyyəti institutu yoxdur. Yerli idarəetmə sistemi seçkili əsaslarla formalaşır. Türkiyədə də yerli icra hakimiyyəti başçısı kimi bir struktur yoxdur. Hər bir şəhər, rayon və bələdiyyənin rəhbəri xalq tərəfindən seçilən merlərdir. Yerli idarəetmədə əsas icra səlahiyyətləri seçkili merlərə və bələdiyyə məclisinə məxsusdur. Rusiyada isə icra hakimiyyətinin strukturu klassik sovet modelindən fərqli şəkildə formalaşıb. Bölgələrdə federal səviyyədə prezidentin təyin etdiyi nümayəndələr (məsələn, federal dairələr üzrə) fəaliyyət göstərir. Bu ölkələrin təcrübəsi göstərir ki, müasir dövlətdə yerli idarəetmənin effektivliyi üçün əsas mexanizm xalq tərəfindən seçilən, hesabatlı və şəffaf institutlardır. İcra hakimiyyəti kimi təyinatlı və mərkəzə bağlı strukturlar isə ya ümumiyyətlə yoxdur, ya da yalnız məhdud nəzarət funksiyası daşıyır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Bu gün, 15:25
1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:20
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Bu gün, 15:17
Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Bu gün, 13:22
Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Bu gün, 13:21
"Əli Mirəliyev nə vaxt düzələcək?"
Bu gün, 13:16
BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Bu gün, 13:14
İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Bu gün, 12:09
“Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Bu gün, 12:05
Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Bu gün, 11:56
Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Bu gün, 11:49
Daha 1 550 ailə Qarabağa köçürülür – “Qaçqınkom” 1,3 milyon manat ayırdı
Bu gün, 11:42
Bir fotonun analizi - AKTUAL
Bu gün, 11:40
Paşinyan Akopyanla birgə Pekinə getdi - Parada görə
Bu gün, 11:38
“Azərbaycan Başkəndi Ermənistana verə bilməz” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:35
Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar
Bu gün, 11:32
"Azəripək" auditor seçir
Bu gün, 11:11
Rasim İldırımzadə məhkəmədə prokurorun suallarını cavablandıra bilmədi
Bu gün, 11:08
"Dövlətin verdiyi ərzaqları evinə aparır..." - VİDEO
Bu gün, 11:00
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 10:53
Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:49
Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi - Bu harasıdır: Hakim də işi İCRAATA GÖTÜRÜB...
Bu gün, 10:43
Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur - ÇÜNKİ...
Bu gün, 10:38
Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib - KİV
Bu gün, 10:35
Bu bank rəsmən millətin QƏSDİNƏ DURUB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:34
İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif? - ARAŞDIRMA
Bu gün, 10:17
Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Ermənistana sərt xəbərdarlıq: - Cavabsız qalmayacaqsınız
Bu gün, 10:11
Bakı Moskvaya qarşı “əjdaha qalxanı”nı götürdü – Rusiya təzyiq etsə…
Bu gün, 10:09
Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub - Paşinyandan İLGİNC ETİRAF
Bu gün, 10:02
“Yelo Bank” səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:44
Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi - FOTO
Bu gün, 09:41
Olavio Juninyo yenidən "Qarabağ"da - YAXIN SAATLARDA...
Bu gün, 09:38
16 il iş almışdı, həbsdə də cinayət törətdi... - TƏFƏRRÜAT
Bu gün, 09:36
İcra hakimiyyətlərinin ləğvi gündəmdə - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Uzun növbələr, yorucu prosedurlar... “gedin ölün!” - Tanınmış naşir İTS-ni tənqid etdi
Bu gün, 09:18
AQTA-nın Tovuzdakı işçiləri NƏ İŞ GÖRÜR? - NARAZILIQ VAR...
Bu gün, 09:13
Ruslar niyə GERİ ZƏKALIDIR? - İŞ TƏQVİMDƏ DEYİL...
Bu gün, 09:01
Rusiyanın 10 noyabr üçtərəfli bəyanatından yapışmasının sirri - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Azərbaycan-Çin ortaqlığı Hindistanın Güney Qafqaz maraqlarına qarşı... - Görünəni odur ki...
Bu gün, 08:56
Naxçıvanda əsgərimiz İNTİHAR ETDİ - BORCA GÖRƏ...
Bu gün, 08:50
Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarlayıb
Bu gün, 08:47
İcra başçısı qanunsuz olaraq `SÖK` dedi... indi camaat ortalıqda qalıb... - AXI NİYƏ?
Bu gün, 08:46
KONTAKT HOME bu dəfə jurnalistlə ÜZ-ÜZƏ... - Əsassız faiz ittihamı...
Bu gün, 08:39
Kərəm Mustafayevin qızlarının da BİZNESİ BATDI - İLGİNC
Bu gün, 08:36
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə niyə veto qoydu? – 5 səbəb
Bu gün, 08:31
Xocavəndin Quzeyxırman kəndində 60 ədəd fərdi yaşayış evinin təmiri işlərinə 3.6 milyon sərf ediləcək
Bu gün, 08:25
Kəlbəcər RİH kürd əsilli iş adamından imtina etdi: ONU QARABAĞA KİM GƏTİRİB? - İLGİNC FAKTLAR...
Bu gün, 08:24
Müharibəni başladan Saakaşvili idi - Kobaxidze
Bu gün, 07:02
Kremlin təbliğat maşını ölkəmizə qarşı səfərbər olub... - NƏ ETMƏLİ?
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru