Naxçıvanda Səhiyyə Nazirliyinə aid texniki xidmət göstərən bütün avtomobillər bir günlük yerli hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
Bu barədə "DİA-AZ"a xəbəri verən Muxtar Respublikadakı mənbə iddia edir ki, müsadirə qərarına səbəb var imiş və bu, əslində Naxçıvan səhiyyəsi üçün növbəti utancverici məqamdır.
Mənbə bildirir: "Naxçıvan MR-dakı xəstəxanalardan birnin rəhbərliyinə aid bir şəxs bir neçə gün əvvəl Naxçıvan şəhərində "Saat Qülləsi" deyilən ərazidə gecə saatlarında uyğunsuz vəziyyətdə yaxalanıb. Və bu zaman iştirakçı tərəflərdən biri məhz səhiyyə sistemində çalışan sürücülərdən biri olub. Bu səbəbdən yerli hüquq-çühafizə orqanları daha da sərt tədbir görərək, bütün sürücüləri təftiş etmə qərarı verib.
Mənbə iddia edir ki, hazırda bütün avtomobillər "cərimə meydançası"ndan çıxarılıb. Amma araşdırmalar davam edir və bu fakt MR-nın səhiyyə naziri postunu tutan Samiq Sadıxovun aktiviniə heç də müsbət mənada həkk olunmayıb...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...