Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu - Ölü təşkilatları belə dirildirlər...
Tarix: 22-10-2025, 11:30 | Çap et

İctimai Nəzarəti həyata keçirdiyimizə görə ailə üzvlərimizdən əvəz çıxırlar...

Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər.

Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı redaksiyamıza daxil olan yeni məlumatlarla araşdırmalarımız davam edir. Məlum aktuallığını nəzərə alıb, bu sektordakı qaranlıq məqamlara işıq salmağa və onların geniş şəkildə təhlil olunmasına çalışırıq və çalışacağıq. Hələlik isə “Yenixeber.org”-un qonağı “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı ilə mövzunu davam etdiririk:

-Mətanət xanım, ötən müsahibələriniz oxucularımız tərəfindən geniş maraqla qarşılandığı üçün qərara gəldik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı sizinlə mövzunu davam etdirək. Agentliyin qrant müsabiqələrindəki narazılıqlardan, rəhbərlikdə təmsil olunan şəxslərin yaxınları tərəfindən QHT-lərin satın alınması, sonradan onlara qrant verilməsi və başqa mövzulardan danışmaq istəyirik. Ona görə ilk sualımız da belə olacaq, həqiqətən də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində qanun pozuntusu varmı və konkret faktlar göstərə bilərsinizmi?

-Biz bu barədə dəfələrlə öz sosial şəbəkə hesablarımızda yazmışıq, öz etirazımızı bildirmişik. Təəssüf ki, Agentliyin fəaliyyətinə nəzarət edən qurumlar və şəxslər bu məsələlərə laqeyid yanaşaraq, eyni qanunsuzluqların davam etdirilməsinə yol veriblər və verirlər. Belə ki, Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli qərarı ilə Agentlik tərəfindən qrant müsabiqələrinin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi təsdiq edilib. Mən təklif edərdim ki, siz də bu qaydalara nəzər salasınız və müsabiqə nəticələrini təhlil edəsiniz. Bu qaydalar təsdiq olunduqdan sonra 2 müsabiqə keçirilib və hər ikisində də çoxlu sayda pozuntu aşkarlanıb.

Məsələn: Qaydalarda açıq aydın yazılır ki, böyük qranta layihə təqdim edən QHT-nin son 5 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması tələb olunur. Eləcə də, orta qranta layihə təqdim edən QHT-nin son 3 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılması tələbi mövcuddur. Konkret olaraq, göstərilir ki, böyük qrant almaq istəyən təşkilatın azı 5 illik fəaliyyəti, orta qrant almaq istəyənin isə 3 illik fəaliyyəti olmalıdır. Burada aydın olmayan bir məsələ yoxdur.

Amma, gəlin 2024-cü il və 2025-ci il üzrə qrant müsabiqələrindəki pozuntulara baxaq.

Məsələn: 2024-cü il üzrə orta və böyük qrant verdikləri təşkilatların fəaliyyətə başladıqları illərə baxın.

“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi (2023-cü il) - Böyük qrant üzrə 30200 manat;

“Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi (2022-ci ilin oktyabr ayı) – Orta qrant üzrə 15500 manat;

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi (2023-cü ilin aprel ayı) - Orta qrant üzrə 17800 manat;

"Bakı Politoloqlar Klubu" İctimai Birliyi (2021-ci ilin sentyabr ayı) - Böyük qrant üzrə 30350 manat.

Siyahını xeyli artırmaq olar. Siz hər bir təşkilatın qeydiyyat tarixi ilə onların layihə aldığı müddətlərə baxıb, necə qanunsuzluq baş verdiyini görə bilərsiz.

Çox maraqlıdır ki, Hesablama Palatası və Maliyyə Nazirliyi belə məqamlara səthi yanaşır.

Qeyd etməyi unutmuşdum, hətta Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər.

2025-ci il üzrə də eyni mənzərədi. Hətta 2024-cü ildən daha da çoxdur. Əksəriyyəti ilə yaxşı münasibətim olduğu üçün bir-bir adlarını sadalamağım düzgün çıxmaz. Özünüz siyahıya baxıb hər şeyi görə bilərsiniz.

-Mətanət xanım, bu cür faktları səsləndirdiyinizə görə şəxsinizə qarşı media vasitəsilə hücumlar təşkil olundu, əleyhinizə sifarişli yazılar yazıldı. İndi anlaşılır ki, Ədliyyə Nazirliyi sizin təşkilatın dövlət reyestrindən çıxarışını niyə təqdim etmir. Sözsüz ki, zaman gələcək bu faktlarınız çox vacib sübutlardan olacaq.

-Çox qəribədir, hər ötən gün QHT sektoru ilə bağlı baş verənlərdən dolayı mat qalıram. Söhbət təkcə şəxs olaraq Mətanət Əsgərqızından getmir. Mən bir ölkənin vətəndaşıyam. Vətəndaş olaraq da hüquqlarım var. Ölkə Prezidenti dəfələrlə deyir ki, İctimai Nəzarət, İctimai qınaq ləng gedir. Harada neqativ hallar var, məlumatları verin.

Birincisi, prezidentə məlumatlar əlçatan deyil. Vətəndaş olaraq səsimizi , yazdığımızı ona çatdırmırlar. Faciə odur ki, bir qurum tənqid olunursa, başlayırlar mediada sifarişli yazılar yazdırmağa. Trollar tökülüşüb eninə- boluna özlərinə yaraşanı yayırlar. Ailə üzvlərinlə təhdid edirlər. Mənim qızım da ictimai birlik rəhbəridir. Hər zaman həssas qruplarla işləyib. Yəni əsasən şəhid ailələri, qazilərlə. Hər zaman da gözəl layihələr icra edib. Deməzdim ki, hər qrant müsabiqəsində ona layihə veriblər. İndi mən İctimai Nəzarəti yerinə yetirirəm, əvəzini qızımdan da çıxıb, Ədliyyə Nazirliyinə tapşırıq veriblər ki, dövlət reyestrindən çıxarış sənədini verməsinlər. Ağıllarıyca guya başqa QHT-lərə gözdağı verirlər ki, baxın ha, çox danışsanız, aqibətiniz bunlar kimi olar… Bunlar vəzifədə oturublar, cənab Prezident bunlara etimad göstərib, indi gəlib xidmət etməkdənsə, vəziyyəti gərginləşdirib, Vətəndaş Cəmiyyətini (VC) ölkə rəhbərindən narazı salmaq istəyirlər. Düşünürlər ki, o kreslolar atalarının mirasıdır. İndi sual olunur, 37-ci ildir ailə üzvlərimizdən əvəz çıxırsınız? Düzü o sənəd bizə o qədər vacib deyil, çünki təşkilatı təkcə qrant almaq üçün açmamışıq. Qapımıza gəlib dərdini deyən şəhid ailəsi, qazinin problemini həll edə biliriksə özümüzü çox xoşbəxt hiss edirik. Gözləri doymayanlar, o vəsaitləri özlərinə, yaxınlarına saxlasınlar. Hər şeyin bir sonu olur. Gün gələcək bunlardan da hesab soruşacaqlar, işləyən, töhfə verən təşkilatlarla niyə intriqa aparıbsınız? Hər-halda cənab Prezidentin köməkçiləri sırasında vicdanlı, ona sadiq insanlar var. Onlar da xəbərdardılar ki, Vətəndaş Cəmiyyətinin başına hansı oyunlar açılır. Dövlət vəsaitlərini kimlər öz məqsədləri üçün istifadə edir.

-Qəribəsi budur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənlərlə bağlı bizə də çox müraciətlər daxil olur. Amma sizlər kimi açıq mövqe nümayiş etdirən yoxdur.

-Açığı hamı baş verənlərin fərqindədir. Bilirlər ki, sağlam tənqid top-tüfənglə qarşlanır. Beləliklə də həmin QHT sədrlərinin QHT –lərə Dövlət Dəstəyi Agentliyinə, qrant müsabiqələrinə, bu cameədə görünməyə çıxışları bağlanacaq. Onlar da zamanlarını gözləyirlər. Son hadisələrə diqqətlə baxın, Ramiz Mehdiyevin qarşısında əyilənlər bu gün onu söyürlər. İndi Vətəndaş Cəmiyyətinə rəhbərlik edənlər, bu iyrənc mənzərəyə baxsınlar. Şuşa, Xankəndi səfərlərindən çoxlu şəkillər paylaşan, yazılar yazanların bəziləri inanın bir gün onları tənqid, təhqir edəcəklər. İnsanlar əyilmək, yaltaqlanmaq məcburiyyətində qalsalar da qarşısındakının ayağı bir gün büdrəyəndə ilk və ən sarsıdıcı zərbəni onlar vurur. Çünki aşağılanmaqlarını bağışlamırlar…

-Bu məqamda bir məsələni xatırladım. Youtube kanallarından birində qulaq asdım ki, jurnalistlərdən biri öz sosial şəbəkəsində qeyd edib ki, guya yeni QHT yaradıb və həmin təşkilatı “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi adlandırıb. Amma orada bəzi faktlar təqdim etdilər ki, o illərin təşkilatı olub və Fəridə Əliyeva rəhbərlik edib. Bu məsləyə də münasibətinizi öyrənmək istərdim.

- Əgər o təşkilat deyildiyi kimi yeni yaradılsaydı, ona bu ilin orta qrant müsabiqəsində 17 min manat verməzdilər. Həmin təşkilatı QHT Şurası dövründən yaxşı tanıyırdım. Görünür burada başqa məsələlər var. Artıq bunu aidiyyəti qurumlar araşdırmalıdır. Belə faktlar az deyil, ölü təşkilatların dirildilməsi prosesini izləyirik.

-Mətanət xanım, belə məlumatlar da dolanır ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva müxtəlif ölü təşkilatları diriltmək, sonra onları müxtəlif yaxın adamlarının adlarına rəsmiləşdirmək bacarıqlarına malikdir. Bunlar sadəcə sözdür, yoxsa konkret faktlar var?

- Bu mövzuda çox danışmaq olar. Amma, sizə fakt lazım olduğu üçün, bir misal üzərindən danışacam. Allah Mirzə Cəlilə rəhmət eləsin: “Ölülər”dəki məşhur Şeyx Nəsrullah yada düşür…

QHT Şurası zamanında müxtəlif tədbirlərdə qarşılaşdığım və Saatlı rayonunda fəaliyyət göstərən bir təşkilat var idi. Sonradan təşkilat rəhbəri hansısa dövlət qurumunda işə düzəldi və ictimai sektordan getdi. İllər sonra həmin təşkilatın adını qrant müsabiqəsinin qalibləri sırasında gördüm. “Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyi adlanırdı. Ona 9500 manat vəsait ayırmışdılar. Təşkilat rəhbəri isə Nahidə Mahmudova adlı bir nəfər idi. Maraq doğurduğu üçün xeyli axtardım ki, bu kimdir? Məlum oldu ki, Nahidə xanım Aygün Əliyevanın yaxın rəfiqəsi olmaqla yanaşı, TƏBİB-də onunla birgə çalışıb.

Unutmadan bir məsələni də vurğulamaq istəyirəm. Bu günlərdə öyrənmişəm ki, Aygün Əliyeva əvvəllər həmkarı olmuş icra başçısı müavinlərindən birinin həyat yoldaşına da QHT alıb, sonradan qrant verib. Hətta həmin ailədən səxavətini əsirgəməyərək, həmin xanımın qardaşını Agentlikdə işə də götürüb.

Görürsünüzmü kiçik bir qurumda nələr baş verir? Əslində çox məsələlər var, sadəcə hər şeyi də demək olmur. Amma köhnə təşkilatları elə Aygün Əliyevaya rəhbərlik edənlər də dirildirlər. Ona icazə verilməsə, dəstəklənməsə Aygün Əliyeva kimdir ki, özbaşına qanun pozuntusu etsin?

-Mətanət xanım, sizin söylədiyiniz faktları yəqin ki, Agentliyə nəzarət edən qurumlar və şəxslər eşidirlər. Eşitmədiklərini də buradan oxuyurlar. Sizcə niyə heç bir tədbir görülmür və heç kim cəzalandırılmır?

-Əslində çox maraqlı sualdı. Bir misal göstərəcəm, sizə də aydın olacaq. Bugünlərdə elə sizin saytda Agentliyin əməkdaşı Natiq Lahıcovun işdən azad olunma səbəbi yazılmışdı. Həmin şəxs 2 dəfə böyük məbləğdə ezamiyyət xərci yazdıraraq guya Almaniyada hansısa tədbirə gedib. O da məlum olub ki, həmin tədbirin dəvət məktubları da saxtalaşdırılıb. Həmin əməkdaşı haqlı olaraq işdən azad ediblər. Bəs yaxşı, həmin əməkdaş Agentliyə necə gəlib, hansı qurumun tapşırığı ilə işə götürülüb, Aygün Əliyeva hansı maraqdan onun böyük məbləğdə 2 ezamiyyətinə imza atıb, razılıq verib? Baxın aidiyyatı qurumlar bunları araşdırmalıdır. 4 qadının rəhbərlik etdiyi QHT-yə reyestrdən çıxarış sənədi vermək kiminsə qarnının ağrısıdırsa, getsin bu məsələləri araşdırsın.

Yuxarı qurumların susqunluğunun səbəbi təbii ki, Agentliyin icraçı direktorunun yanında gözükölgəli olmalarıdır. Əksəriyyətinin qohum və tanışlarının layihələrinə qrant verilməsi tapşırılır. Üstəlik bəzi şəxslərin yaxınları orada işə götürülür. Bütün bunlar əsas deyil ki, həmin şəxslər susqun qalsın?

Hesablama Palatasının bu məsələdə susqun mövqeyini də gözəl anlayıram. Sizin imkanınız olsa Palatanın auditoru Vəfa Mütəllimovaya sorğu ünvanlayın. Görün bu qanunsuzluqlardan xəbəri varmı? Yerinə düşər bir fakt, hələ , ad çəkmək istəmirəm, elə həmin Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır. Elələri imkan verərmi ki, Agentliyin adı korrupsiyada hallansın. Təkcə Hesablama Palatası deyil, digər qurumlar da qanunsuzluqlara göz yumurlar. Çünki hələ əmr yuxardan gəlməyib…











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru