Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                 

Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... - BU NƏDİ BELƏ?
Tarix: 26-10-2025, 18:44 | Çap et

"Hörmətli Emin müəllim, Sizə bir neçə sualım var. Bunu zəruri edən məzunu olduğum Boradigah (Masallı) Nizami Gəncəvi adına 1 saylı orta məktəbin acınacaqlı durumu ilə bağlı bir qrup müəllim və valideynin cənab prezidentə və Sizə ünvanladığı müraciət, daha doğrusu, tabeçiliyinizdə olanların bu müraciətə verdikləri rəsmi cavabdır. Sözün açığı, prezidentə və nazirə ünvanlanan müraciətə belə səthi cavab məni xeyli təəccübləndirdi". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış jurnalist Sücəddin Şərifov qeyd edib.

Müraciətdə daha sonra deyilir: "Səbəbini suallarımda yazacam.

Öncə Sizi müraciətin yığcam mətni ilə tanış edim. Müraciət iki hissədən ibarətdir. Müəlliflər öncə məktəbin qəzalı, acınacaqlı durumuna diqqət çəkərək, yazırlar ki, bu təhsil ocağı qəzalı, istliksiz və xəstəlik mənbəyidir. Artıq bir hissəsi uçurulan məktəbdə vəhşi heyvanlar yuva qurub. İkinci hissədəki narazılıq direktor təyinatı ilə bağlıdır. Müəlliflər kollektivdə imtahan nəticələri yüksək olan bir neçə müəllimin və təcrübəli direktor müavinləri olduğu halda məktəbin rəhbərliyinin qonşu kəndin məktəbinin direktoruna həvalə edilməsinə etiraz edirlər. Müraciət kifayət qədər haqlıdır. Çünki şərəfli, fəxr ediləsi tarixi olan məktəb belə qeyri- ciddi münasibəti haqq etmir.

Hörmətli Emin müəllim, 100 ildən artıq yaşı olan Boradigah məktəbi təkcə bir qəsəbənin yox, bütün bölgənin təhsil həyatında böyük rol oynayıb. Hələ 1932-ci ildə keçirilən müsabiqədə ölkədə nümunə sayılan məktəblər sırasında olub. 1936-cı ildə Mirzə Ələkbər Sabirin ölümünün 25 illiyini yüksək səviyyədə keçirdiyinə görə rəsmi qaydada ölkə məktəblərinə nümunə göstərilib. 1938-ci ildə 830 şagirdi olan bu məktəb dövrünə görə ən müasir tələblərə cavab verən 3 orta məktəbdən biri olub. 1944-cü ildə Boradigah məktəbi yanında 100 kimsəsiz uşağa təhsil verən internat məktəbi yaradılıb. Hələ 1958-ci ildə bu pedaqoji kollektivdə “Əməkdar müəllim” (Qayda Məmməfova) , SSRi Ali Sovetinin fəxri fərmanına layiq görülən ( Xanəli Zülfüqarov, Saleh Zeynalov), “Qabaqcıl maarif xadimi” (Əliniyaz Məmmədov) pedaqoqlar çalışıb. 1947-ci ildə Nizami Gəncəvinin 800 illiyini yüksək səviyyədə keçirdiyinə görə həmin ildən bu məktəb böyük şairin adını daşımaqla şərəfləndirilib. 1959-cu ildə şəraiti və kadr potensialına görə bu məktəbə istehsalat təhsili verən politexnik məktəb statusu verilib.

Ölkədə təhsilin və elmin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Fizika -riyaziyyat elmlər doktoru Bahadur Tağıyev, əməkdar elm xadimi, əməkdar həkim Əli Bağırov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Nəsir, orta məktəblərdə tədris edilən ingilis dili dərsliyinin müəllifi Sahib Məcidov və dövlət qarşısında böyük xidmətlərdən dolayı xeyli elmi, fəxri adlar daşıyan insanlar Boradigah məktəbinin məzunlarıdır.

Hörmətli nazir, bunları ona görə xatırlatdım ki, tabeliyinizdə olan Lənkəran-Astara regionlal təhsil idarəsinin cənab prezidentə və sizə ünvanlanan müraciətə qeyri- ciddi münasibət göstərməsinə Siz də əmin olasınız.

İndi keçək, müracətə verilən cavablara və Sizə ünvanladığım sualllara. Tabeçiliyinizdəki işçilər müraciətə cavablarında məktəbin qəzalı olduğunu təsdiqləyir və növbəlilik əsasında nə vaxtsa təmir olunacağını qeyd edərək, gözləməyi məsləhət bilirlər. Ancaq bu qəzalı vəziyyət, göbələk xəstəliyi mənbəyi olan kifli divarlar, məktəbdə yuva salan heyvanlar nə vaxta qədər zərərsiz olacaq, ciddi problemlər yaratmayacaq, bunu heç kim bilmir. 1974-cü ildə ən müasir istilik sistemi ilə təchiz olunan məktəb 50 il sonra odunla, hər an yanğın təhlükəsi olan qızdırıcılarla isidilir. Bundan xəbəriniz varmı?

İşçilərinizin direktor təyinatına verdikləri cavab da çox gülüncdür. Çünki bu cavab təhsil sahəsində mövcud qaydaları və regionlarda təhsilin və pedaqoji kadrların səviyyəsi ilə bağlı vermiş olduğunuz raportları çox böyük sual altına alır.

Təhsil idarəsi yazır: “ Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru 27 avqust 2025-ci il tarixindən etibarən başqa işə keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən öz istəyi ilə azad olunub. Sözügedən məktəbin idarə olunmasında fasiləsizliyin təmin olunması məqsədilə direktor vəzifəsinin icrası müvəqqəti olaraq Hişkədərə kənd tam orta məktəbinin direktoru, təcrübəli pedaqoq və uzun illər idarəçilik təcrübəsi olan İlham Ağayevə həvalə edilib. Qeyd olunan dəyişiklik təhsil prosesinin daha səmərəli təşkili və məktəbdə idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır”.

Hörmətli Emin müəllim, işçiləriniz qaş düzəltdikləri yerdə gözü də çıxarıblar. Mənim İlham Ağayevin pedaqoji biliyinə, bacarığına şübhəm yoxdur. Bunu dartışmaq niyyətindən də uzağam. Qiyabi də olsa, onu təcrübəli müəllim kimi tanıyıram. Fəqət, son illər tətbiq olunan qaydalar işçilərinizin mövcud qanunların sərhəddini xeyli pozduğunu göstərir.

Sualım belədir, cənab nazir: Necə olur ki, bir başqasının yaşı 65-i ötdüyündə, təqaüdə göndərilməsi vacib olur, digəri eyni zamanda bir- birindən kilometrlərlə aralıdakı iki məktəbə rəhbərlik edir?

Burada “səmərəlilik, təkmilləşdirmə” meyarı nədir? Nə ilə ölçülür? Ortada bir narazılıq və budan doğan şikayət var. Ancaq Sizin regionun təhsilini etibar etdiyiniz məmurlar onları çağırıb dinləmək, araşdırmaq yerinə kollektivin qürurunu aşağılayacaq səviyyədə başdansovdu bir cavab yazmaqla kifayətlənirlər? Əgər bir kollektivdə direktoru müvəqqəti əvəz edəcək biri yoxdursa, yaxud, işçiləriniz onu tanımırsa, demək, səmərəli işləməyən, yerində olmayan onlardır, məktəb kollektivi yox. Səhv edirəmsə, bu məktəbdən hər il ali məktəblərə yüksək balla qəbul olunanları kimlər hazırlayır?

Hörmətli Emin müəllim, Sizdən bu müracətə yenidən baxmağı və göndərildiyi ünvanlara layiq səviyyədə müdaxilə etmənizi xahiş edirəm".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru