Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

150 çarpayılıq Cəbrayıl Xəstəxanasının tikintisinə ayrılan vəsait nə qədər şişirdilib - İLGİNC FAKTLAR...
Tarix: 24-11-2025, 10:31 | Çap et

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin davamı (3-cü mərhələ) üzrə “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti ilə 45.152.350,11 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Müsabiqə satınalmaların portalında keçirilmədən, birmənbədən satınalma metodu yolu ilə birbaşa müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 21.11.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti 150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin birinci mərhələsində “EL-SEYM İNŞAAT” QSC ilə 17.328.200,43 manat məbləğində satınalma müqaviləsini 26.12.2023-cü ildə bağlayıb.

150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin ikinci mərhələsində isə “EL-SEYM İNŞAAT” QSC ilə 02.09.2025-ci ildə 9.889.264,15 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bu məlumatlardan da göründüyü kimi Səhiyyə Nazirliyi 150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işləri üzrə “EL-SEYM İNŞAAT” QSC ilə ümumi dəyəri 72 369 814 manat olan üç satınalma müqaviləsi bağlayıb.

Müqayisə üçün qeyd etmək istərdik ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ) üzrə 40.808.274,66 manat məbləğində müqavilə 28.12.2022-ci ildə, sözügedən Xəstəxanasının tikintisi (II mərhələ) üzrə 21.424.487,74 manat məbləğində müqavilə 28.12.2022-ci ildə “Fərid İnşaat” Firması ilə bağlayıb. Göründüyü kimi Səhiyyə Nazirliyi Şuşa şəhərində 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi işlərinə ümumi olaraq 62 232 761 manat dövlət vəsaiti ayırıb.

Qeyd edək ki, bağlanılan müqavilələrdə qiymətlərin şişirdildiyi açıq-aşkar görsənməkdədir. Bunu iqtisadçılar, tikinti mütəxəsisləri də təsdiq edə bilər. Səhiyyə Nazirliyindən son iki ilə yaxın müddətdə 72 milyon manatlıq sifariş almış “EL-SEYM İNŞAAT” QSC-yə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-SEYM İNŞAAT” (VÖEN: 1000202761) Qapalı Səhmdar Cəmiyyətinin 14.11.2004-cü il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 152 000 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, VLADİSLAV PLOTNİKOV, ev.14, m.1, qanuni təmsilçisi kimi isə Ələkbərov Yaşar Kəmənd oğlu qeyd olunub.MMC kimi yaradılmış şirkət 2020-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Həsənov Nizami Yadulla oğlu olub.

Bu rəsmi məlumatlardan başqa açıq mənbələrdə “EL-SEYM İNŞAAT” QSC barədə heç bir məlumat yoxdu. Amma satınalmaların portalında olan məlumatlardan da göründüyü kimi, “EL-SEYM İNŞAAT” QSC hər il yüksək məbləğdə tenderlər udub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.
Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “EL-SEYM İNŞAAT” QSC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Qeyd edək ki, Səhiyyə Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyevdir. Onun bu vəzifəyə 2021-ci ilin noyabrında təyin olunması barədə məlumatlar var. Elektron mediada həmçinin onun bu vəzifəyə təyin olunmasından sonra Səhiyyə Nazirliyində narazılıqların artığı, dövlət büdcəsinin talanması, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovrulması barədə kifayər qədər geniş materiallar var.

150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinə ayrılan dövlət vəsaitinin nə qədər şişirdilməsinə gəlincə. Bunu Səhiyyə naziri Teymur Musayev və Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyev daha yaxşı bilər.

Aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Dünən, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru