Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR! - Dövlətin pulu belə “YEYİLİR”
Tarix: 24-11-2025, 10:42 | Çap et

Biz həmkarlarımızla birgə QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən azı 5 korrupsiya faktı və xeyli sayda qanun pozuntusu təqdim etmişik.

Hazırda istər QHT-lərə Dövlət Dəstəyi Agentliyində olsun, istərsə də media ilə əlaqəli qurumlar bir şəxsin inhisarındadır. O, tapşırıq verir ki, bu sahə ilə bağlı tənqidi danışan kim olsa susdurun, görməzdən gəlin.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı şikayətin varsa, hər hansı fakt təqdim edirsənsə sən dövlətin düşmənisən.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Dövləti, milli və ictimai maraqlar baxımından mövzunun aktuallığının fərqindəyik…

Bu istiqamətdə redaksiyamıza məlumatlar az qala ədədi silsilə şəklində daxil olmaqdadır. Bu sırada bəzi QHT-lərin rastlaşdığı problemlərlər də yer alır…

Son günlər QHT-lərin ən çox şikayətçi olduğu məsələlərdən biri də QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təqdim olunan hesabatlarla bağlıdır.

Hesabatların təqdim olunması zamanı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihənin hansı nəticələr əldə etməsinə deyil, daha çox pul kəsmək üçün məqamlar axtarışında olduğu bildirilir.

Məsələnin ilginc tərəfi odur ki, hesabatlar təqdim ediləndə ilk növbədə iştirakçıların başları sayılır. “Ancaq fotolara baxıb baş sayırlar. Deyirik ki, biz layihə çərçivəsində bu işləri gördük, bu nəticələri əldə etdik. Bildirirlər bir dəqiqə gözləyin, biz başları sayıb qurtaraq. Allah göstərməsin, 1 baş əksik olsun. Dərhal məsələ ilə bağlı Prezident Administrasiyasına qədər məlumat verilir. Ondan sonra pulumuzun çox hissəsini kəsmək üçün əllərinə bəhanə, fürsət düşür. Tədbirlərdə, çay-kofe süfrəsində iştirakçılara demək olmur ki, otaqdan çıxma, əllərini yumağa getmə ki, foto-video çəkilir, qarının ağrısa da, mütləq sona qədər oturmalısan. Bu həm həmin QHT-ni hörmətdən salır, həm də tədbir iştirakçılarını…

Bu səbəbdən QHT-lərin çoxu QHT-lərə Dövlət Dəstəyi Agentliyiniöz aralarında BAŞ SAYMAQ AGENTLİYİ adlandırır.

Hətta bir QHT-nin keçirdiyi konfransda iştirakçının ikisinin qarşısında qeyd dəftəri və qələm yox idi. Təqribən 3 min manat vəsaitini kəsdilər”.

Bu sətirlər Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır…

QHT-lər iddia edir ki, bu kəsilmələr məqsədli şəkildə edilir: Məqsəd QHT-lərə dövlət dəstəyi göstərmək, QHT-lərin fəaliyyətinə nəfəs vermək yox, ilin sonuna əlavə büdcə toplamaqdır. Bu günə qədər hər il QHT-lərin layihələrindən kəsilən pulların həcmi təqribən 200-300 min manatdır, bəlkə də daha çox! Sonra həmin vəsaitləri özlərinə yaxın QHT-lərə müsabiqədənkənar qrant kimi verib, silirlər. Bu sektorda olan hər bir şəxs bilir və növbəti qrantı almamaq qorxusu ilə susurlar.

Tanınmış QHT-lərin pulunu kəsməyə qoxurlar. Nəticələrinə qatlana bilməyəcəklərinə görə onlara hər yerdə yaşıl işıqdır.

Təsəvvür edin, bir neçə QHT-nin mühasibi olan şəxslərdən biri bildirir ki, QHT sədrlərinə görə hesabatlara yanaşmalar dəyişir. Eyni səhvi edən QHT-lərin birinin hesabatı bir cür, digərininki başqa cür qəbul edilir.

Ümüd edək ki, Hesablama Palatası və ya Maliyyə Nazirliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyində qeyd etdiyimiz detalların yoxlanılmasına səy göstərəcək.

Onu da qeyd edək ki, QHT layihələrində hesabatların bağlanması üçün istifadə olunan, çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparıb, yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olan MMC-lər və onların kimlərə məxsus olması ilə bağlı daxil olan materialları da təhlil edib, ictimailəşdirəcəyik.

***

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı növbəti dəfə qonağımız oldu. Mətanət xanımla budəfəki söhbətimiz də, maraqlı alınıb…

Mətanət xanım, sizinlə sonuncu müsahibəmizdən təqribən 1 ay vaxt ötür. Həmin müddət ərzində müsahibələrinizdə təqdim etdiyiniz faktlarla bağlı hansısa rəsmi qurumlardan müraciət daxil oldumu? Ümumiyyətlə reaksiyalar necədir?

Xatırlatmaq istəyirəm ki, həmin faktların bəzilərini hələ 2023-cü ilin yay aylarından səsləndirməyə başlamışdıq. Hətta bəzilərini sənədli-sübutlu sosial şəbəkə hesablarında paylaşırdıq. Amma nə fayda, heç bir əlaqədar qurum reaksiya vermirdi. Əksinə bir sıra media orqanları vasitəsilə bizlərə, danışan dillərə qarşı hücumlar başladı. Ailə üzvlərimizə təzyiq göstərildi.

Bu cür təcrübələr, ailə üzvlərinə təzyiq və başqa metodlar əvvəlki dönəmlərin məmurlarına xas xüsusiyyət olub. İndi biz onların acı nəticələrini görürük. Yəqin ki, səbr etməyimizdə fayda var, hər şey bir gün üzə çıxacaq.

Sizin suala gəlincə, heç bir qurum təqdim etdiyimiz faktlara reaksiya verməyib. Səbəb bəllidir. Bunu da qeyd edəcəm.

Amma diqqətinizi bir məqama yönəltmək istəyirəm. Yəqin mətbuatdan da tez-tez qarşılaşırsınız, hansısa rayonda “Jek” işçisini, bələdiyyə nümayəndəsini və ya məktəb müəllini kimdənsə 100 manat aldığına görə həbs edirlər, ya da hansısa narazılıq doğuran hal varsa, dərhal onu tədqiq etməyə başlayırlar.

Biz həmkarlarımızla birgə QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən azı 5 korrupsiya faktı və xeyli sayda qanun pozuntusu təqdim etmişik. İnanın ki, biri ilə də bağlı maraqlanmayıblar. Amma hansısa məktəbdə bir şagirdə müəllim şillə vurursa onu bütün medialar tirajlayır. Fərqi görürsünüzmü?

Hazırda istər QHT-lərə Dövlət Dəstəyi Agentliyində olsun, istərsə də media ilə əlaqəli qurumlar bir şəxsin inhisarındadır. O, tapşırıq verir ki, bu sahə ilə bağlı tənqidi danışan kim olsa susdurun, görməzdən gəlin.

Təsəvvür edirsinizmi, Ədliyyə Nazirliyi kimi qurum bunların əsirinə çevrilib, bir sənədin verilməsi Prezident köməkçisi ilə razılaşdırılır. O da öz növbəsində qisas almaq üçün əlinə düşən bu məqamdan istifadə edib, tapşırır ki, sənədi verməyin. Mən Əli Həsənovun ölənlərinə rəhmət oxuyuram. Mən inanmıram o, 4 qadınla intriqa aparardı…

Əslində bu sualların cavabını tək mən yox, bütün həmkarlarım da gözəl bilir. Sadəcə kimə kimdən şikayət edək.

Cənab Prezident əksər çıxışlarda qeyd edir ki, mənə qanunsuzluqlar barədə siqnallar verin. Amma Cənab Prezidentə nə məktub, nə şikayət gedib çatır. Mexanizmi siz məndən də gözəl bilirsiniz.

Mətanət xanım, bu günlərdə Mədəniyyət Nazirliyindən narazı olan musiqiçilərə, mədəniyyət və incəsənət xadimlərinə mediada geniş meydan verildi. Amma siz illərdi bu qədər faktlarla bir dəfə də olsun həmin media orqanlarına çıxa bilməmisiniz. Bu nə ilə əlaqədardır?

Siz də gözəl bilirsiniz ki, medialar kimin əlindədir. Əksinə onlar həmin şəxsin tapşırığı ilə bizə qarşı hazır materialları dərc etməklə məşğul idilər, nəinki bizim mövqeyi insanlara çatdırmağa.

Həqiqətən gözəl müqayisə imkanı verdiniz. Mədəniyyət Nazirliyi ilə bağlı kimin nə sözü varsa çıxıb rahat səsləndirir. Haqqını tələb edir.

2 gün öncə “Baku TV”-də çox maraqlı bir debat təşkil olunmuşdu. (https://www.youtube.com/watch?v=HMUQhCt463k) Canlı efirdə “Aktual gündəm” verilişində Mədəniyyət Nazirliyinin 2 rəsmi şəxsi və narazı qalan sənət adamları sağlam formada müzakirə etdilər. İzlədim ki, bəlkə efirdən sonra həmin sənətçilərə qarşı hansısa yazılar dərc edilsin. O da olmadı.

Açığı mən fürsətdən istifadə edib, Baku TV-yə, şəxsən hörmətli Elçin Əlibəyliyə təşəkkür edirəm ki, obyektiv olaraq məsələlərə işıq saldı. Haqlı olaraq, Mədəniyyət Nazirliyindəki kommunikasiya problemlərinə, ictimai şuraların fəaliyyətsizliyinə toxundu. Arzu edərdik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki problemlərlə də bağlı bu cür açıq debatlara bizi dəvət etsinlər, gələk faktları oradan da səsləndirək.

Demək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı şikayətin varsa, hər hansı fakt təqdim edirsənsə sən dövlətin düşmənisən. Necə olur ki, böyük bir nazirliyə qarşı bu qədər narazılığa meydan verilir, 3-4 nəfər narazı adamın QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qarşı hər-hansı fikir səsləndirilməsinə dözümsüz yanaşırsız. Qisas metodu da dərhal hazırdı. Ya ailə üzvləri ilə təhdid etmək, ya da rəhbəri olduğumuz QHT-lərin işinə mane olmaq. Belə oyunlarla adamın ürəyinə başqa fikirlər gəlir, niyə Agentlik, Agentlik rəhbəri bu qədər müdafiə olunur? Halbuki sahə kimə tapşırılıbsa, həmin şəxs bizə minnətdarlıq bildirməliydi ki, bu qədər ciddi korrupsiya-tender saxtakarlıqlarının üstünü açmışıq.

Bütün bunları Vətəndaş Cəmiyyəti üzvlərinin hər biri görür. Açığı çox adam zəng edib, hər şeyi bildiklərini, proseslərin nəyə görə belə getdiyini də söyləyirlər. Hamı Ramiz Mehdiyev dönəmini misal göstərir ki, vaxt var idi, onlar da belə edirdi. Ona görə səbrlə gözləyirik. Amma nəhayət ölkədə yeni dönəm başlamalıdır. Yəni səhv edən, korrupsiyanın başında duran məmur varsa dərhal araşdırılmalı, vəzifəsindən alınmalıdır. Yoxsa nə fərq edir, Ramiz Mühdiyevdən gizli, açıq hamı danışırdı. Toxunulmaz idi. İndi də bunlar…

Bu günlərdə həmkarlarımızla söhbət əsnasında öyrəndik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender prosedurlarından yayınmaq üçün bəzi QHT-lərə yüz minlərlə müsabiqədənkənar qrantlar verib, böyük tədbirlərini həmin vəsaitlərlə edir, özlərinə lazım olan xərcləri də oradan silirlər. Əgər qanunvericiliyin tələbi pozulursa, nəzarət orqanı buna necə göz yumur?

Əvvəlcə baxaq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda müsabiqədənkənar qrant anlayışı varmı? Qanun birmənalı olaraq göstərir ki, qrantlar müsabiqə yolu ilə verilməlidir. Ola bilər, bəlkə bu xəbərlərdən sonra özlərinə qanunda dəyişiliklər etsinlər. Hər şey öz əllərindədir.

Nəzarət qurumu deyirsiniz, hansı nəzarət qurumundan danışırsız? 2 ildən çoxdur ki, Hesablama Palatasından tutmuş, başqa nəzarət qurumlarına qədər hamısına QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki qanun pozuntuları, hətta 2 tenderlə bağlı konkret qanun pozuntusunu təqdim etmişik. Sosial şəbəkələrimizdə də həmin faktlar durur.

Hansı nəzarət orqanının ixtiyarındadır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə bir söz deyə bilsin. Onlar guya nəyin necə baş verdiyini bilmirlər? Bu sualın cavabını Hesablama Palatasının auditoru Vəfa xanıma ünvanlasanız gözəl olar.

Bəs niyə tender prosedurlarından yayınıb, müsabiqədənkənar qrantlar verirlər? Məqsəd nədir?

Heç şübhəsiz ki, bu zamanla və tender prosedurları ilə əlaqəli məsələ deyil. Başqa kiçik tenderləri edirlərsə, hamısını edə bilərlər. Sadəcə sizin saytda da onların böyük tenderləri və hansı şirkətlərlə əməkdaşlıq etmələrinə dair material dərc olunmuşdur. Ümumiyyətlə, tender saytında həmin məlumatlar dərc edilir və bunu hamı görür. Sonra istənilən şəxs görülən işləri ayrılan vəsaitlə müqayisə edib, nə qədər yeyinti olduğunu rahatlıqla bilirlər. Digər tərəfdən də müsabiqədənkənar qrantlarda pulu istədiyin kimi, heç bir məhdudiyyətlər qoyulmadan xərcləyə bilirsən. Ən əsası isə bu qrantlar verildikdən sonra məsuliyyət QHT-nin üzərində qalır. Bu qədər sadə.

Hələlik, sonuncu bir sual da vermək istəyirəm. QHT sektorunda belə bir söhbət də gəzir ki, QHT Agentliyi büdcə normativləri müəyyən edən zaman özü istədiyi kimi tələb qoyur. Məsələn: layihələr çərçivəsində foto-video xərclərini 50-100 manat arasında qoyub. Amma özlərinin hansısa təlimlərində foto-video xərclərinə 9 min manat vəsait xərcləyib. Bu qanunvericiliklə tənzimlənirmi?

Hər bir donorun öz tələbi olur, amma bu da reallığa uyğun olmalıdır. Hansısa QHT 8 min manatlıq layihədə 3 min manat foto-video xərci yaza bilməz. 4-5 təlim keçən QHT 3 min manat foto-video xərci ödəyə bilməz, belə qiymət də yoxdur.

Amma QHT-lərə Dövlət Dəstəyi Agentliyinin özünün adi təlimlərində 9 min manat foto-video xərci ödəməsi faktı dəqiqdir. Bu indinin söhbəti deyil. Hətta QHT-lərə Dövlət Dəstəyi Agentliyinə Müşahidə Şurası üzvlərinin bir neçəsinin dilindən bu faktı eşitmişəm, mənə akt da göstəriblər ki, Aygün Əliyeva 10 təlimə 9 min manat foto xərci ödəyib.

Belə faktlar çoxdur. Bunları sıravi QHT sədri kimi mən bilirəmsə, yuxarılar daha yaxşı bilir. Amma reallığı özünüz bilirsiniz.

Müsahibəyə görə, təşəkkür edirik.

Mən də, sizə təşəkkür edirəm ki, bizə meydan verirsiniz.

yenixeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Dünən, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru