Son günlər SOCAR strukturlarına müşahidə olunanlar belə deməyə əsas yaradır ki, Rövnəq Abdullayevdən sonra bu qurumda müsbət dəyişiklik gözləyənlər nəinki yanılıblar, əksinə xəyalpərəst imişlər. Çünki həm SOCAR strukturlarında müşahidə olunan ixtisarlar, xüsusən də peşəkarların işdən atılması, neft quyularının fəaliyyətinin durdurulması və s. bu kimi faktlar belə deməyə əısas yaradır ki, hazırdea iş başında olanların neft sənayesinə hansısa formada aidiyyatları yoxdur. Bu isə özünü ölkəmizin həyatında müstəsna rol oynayan neft tədarükündə ciddi şəkildə və qanunauyğun olaraq göstərməkdədir. Naşı kadrlar rəsmən neft sənayesini iflas həddinə çatdırırlar...
"DİA-AZ" xəbər verir ki, elə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının özünün sosial şəbəkə hesabındakı son paylaşımında da toxunduğu məsələ məhz qeyd etdiyimiz məqamla bağlıdır. SOCAR rəhbərliyinə xitabən NHMT sədri yazır:
"Cənab İlqar Əlizadə SOCAR Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin olunub?! Cənab Rövşən Nəcəfin gəlişindən "Azneft" rəhbərliyində (Baş direktor) 2-ci kadr dəyişikliyidir. Hasilat isə quyunun "dibinə" gedir.











