Siyəzən Neft-Qaz Çıxartma İdarəsinin işçiləri alət-ləvazimat böhranı ilə üz-üzə qalıblar. "DİA-AZ" xəbər verir ki, bunu işçilər adından sözügedən qurumun rəıhbərliyinə etdiyi müraciətində Zamiq Əliyev qeyd edir. O özünün etiraz dolu çağırışında bildirir:
"Siyəzənneft" NQÇİ-nin hörmətli mədən müdürü İkram Abdullayev...
İdarənin "Göl sahəsi "deyilən ərazisində işləyən işçiləri niyə lazımi avadnlaıqlara təmin etmirsiniz? İşçilərin əlindəki açarlar "sarvat" olub, işləyə bilmirlər.... üstəlik də həmin açarlarla neft "kaçalka"sının üstündə işləmək böyük həyati təhlükə yaradır onlar üçün. Lazım olan avadanlığı başqa sahələrə verirsiniz, sözügedən sahə və işçiləri ilə şəxsən sizin və yandaşlarınızın nə düşmənçiliyi var?
Niyə işçini çətin vəziyytədə qoyur, ona zülm edirsiniz, siz bu millətdən deyilsiz? Hamınız o sahələrdə qarın-yağışın altında işləyən işçilərin hesabına orda vəzifə sahibi olmusunuz. İşçini niyə quyu üçün lazım olan remen, samovar ilə təmin etmirsiniz? Məqsədiniz nədir? Sahələri bilərəkdən bağlamaq üçün zəmin yaradırsınız?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54 cü maddəsinə əsasən İşçi əmək funksiyasının icrası üçün zəruri olan avadanlıq metarial, alətlərlələ v,s təmin olunmalıdır.
Vəzifəni icra et işçilərlər maraqlan yoxsa "sahib olduğun fəraəstələr" barəsində DTX ya birbaşa elə burdan müraciət edəcəyəm.Sizin kimilər ucbatından idarə məhv olur..."











