"Niyə cənablar?" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualı SOCAR rəhbərliyinə ünvanlayan Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti işçi gileyini ictimailəşdirib. NHMT sədrinin sosial şəbəkə hesabına istinadla həmin müraciəti təqdim edirik:
"SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsindəki şöbələrin bəzi işçilərinə peşəkarlıq ödənişi verilir, yerdə qalan zəhmətkeş şöbə işçilərimizə və təlim-tədris mərkəzlərindəki müəllimlərə verilmir.
Elə peşəkarlıq ödənişini alanlar özləri də deyirlər ki məbləğ çox az təyin edilib. Şirkətin axırıncı əmrində işçilərə 40% peşəkarlıq ödənişi verilməsi qeyd edilib. Artıq neçə ildir şirkət tərəfindən maaşlarımız da artırılmır, hər şeyin də qiyməti azı 2 dəfə bahalaşıb, inflyasiya gedir.
Bütün bunları nəzərə alaraq peşəkarlıq ödənişi verilərsə işçilərin maliyyə vəziyyətinə müsbət təsir göstərəcək..."











