Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

Təhsil sisteminin MƏLEYKƏSİ... - MƏLAKƏLİK EDİR...
Tarix: 24-12-2025, 09:13 | Çap et

Məleykə adı ərəb mənşəlidir. Mənası mələk, yaxud padşah arvadı deməkdir. Azərbaycanda Məleykə adını daşıyan tanınmışlar az deyil. İntəhası, çoxu özünü mələk yox, padşah kimi aparır. Götürək elə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəni. Adam nə qədər vəzifədə oturar? 1995-ci ildən keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri postunu tutmuş xanım Abbaszadə 2016-ci ildən də strukturun yeni adda İdarə Heyətinin sədri vəzifəsini daşıyır. Qurumun səlahiyyətləri artırılsa da, işi mahiyyətcə "köhnə hamam, köhnə tas" olaraq qalır. Yəni istər TQDK, istər DİM adlansın, keçəl Həsən, ya Həsən keçəl - nə fərqi var?! Bütün hallarda rəhbəri qocaman Məleykə Abbaszadədir. Azərbaycanda artıq köhnə nomenklaturadan vəzifələrdə adda-budda məmurlar qalıb ki, biri də Abbaszadədir. Hətta Ramiz Mehdiyev də getdi, Məleykə Abbaszadə getmək bilmir. Onun sədr vəzifəsinə gəldiyi dövrdə birinci sinifə gedənlər indi 40 yaşa çatmaqdadır, onların övladları üçün test imtahanlarının təşkili Abbaszadənin rəhbərliyi altında həyata keçirilir. Belə desək, kreslodan elə möhkəm yapışıb ki, bu yaşında belə postunu gənc bir mütəxəssisə təhvil vermək istəmir. Halbuki son baş verən hadisələr, qəbul imtahanı ilə bağlı Kamran Əsədov və təhsilə aid digər şəxslərə cinayət işi açılması, ümumən DİM-lə bağlı qalmaqal Abbaszadəni istefa verməyə çağırırdı. Lakin xanım sədr burada mənəm Məleykə , Bağdadda kor xəlifə deyibən bu rüsvayçılıqlara heç münasibət bildirməyib. Sanki heç nə olmayıb. Üstəlik, ekspertləri biznes adamı adlandırıb. Sanki DİM və onun rəhbərliyi heç bir məsuliyyət daşımır. Əlbəttə, istintaq günahkarları üzə çıxaracaq. Lakin bu illər ərzində xanım Abbaszadə nə dərəcədə şəffaf fəaliyyət göstərib ki, Xızıda, Şamaxıda yaxınlarının adına boy-boy imarətləri , quşçuluq fabrikləri var?!
Ümumiyyətlə, iki səbəbdən DİM rəhbərliyində dəyişikliyə zərurət var: birincisi, eyni adam uzun illər bir postda, qalanda həmin qurumda inkişaf getmir, yenilikçi olmur. Xüsusən də təhsil kimi problemlərlə dolu sahədə. İkincisi, Kamran Əsədov və digər şəxslərlə bağlı məhkəmə getdiyi bir vaxtda bu biabırçılıqlar istefa verməyi qaçılmaz edirdi. Amma sən saydığını say, gör Dövlət İmtahan Mərkəzini bazara çevirmiş adamlar nə sayır...
Bundan başqa, DİM qəbul proqramında hər il və yaxud iki ildən bir müəyyən yeniliklər formalaşdırır, yenilik gətirir və yaxud da müəyyən dəyişiklik edir və bu dəyişikliyin nəticəsində nəşr etdiyi test banklarını yeniləyir.
Düşünün ki, ailənin böyük övladı həmin vəsaitləri almışdısa, iki il sonra növbəti, ondan kiçik övlad artıq o vəsaitlərdən istifadə edə bilmir. Məcbur qalır yeni vəsait əldə etsin, çünki müəyyən dəyişikliklər var, artıq o vəsaitlər köhnədir, müəllim də məcburən yeni vəsaitin alınmasını təhrik edir.
Son 5 ildir DİM buraxılış imtahanının sınağını qətiyyən keçirmir, blok imtahanını ildə bir və yaxud da iki dəfə keçirir. Amma baxırsan ki, DİM başqa bir adla, OTK formasında sınaq imtahanları təşkil edir. Hər ay OTK sınaq imtahanlarının suallarını hazırlayan DİM-in ekspertləridir. Çünki elə təqdim olunur. Əgər bir MMC formalaşdırıb belə sınaq imtahanlarını hər ay keçirirsə, deməli, DİM də keçirə bilər. DİM keçirsə, həmin vəsaitlər dövlətə gedər, amma OTK isə xüsusi MMC-dir. O vəsaitlər OTK-nın rəhbərliyinə gedir. OTK-nın rəhbərliyinin kim olduğunu deyə bilmərəm. Amma əsas olan odur ki, OTK imtahanlarını hazırlayanlar DİM-in ekspertləridir. DİM rəhbərliyinin bunda müəyyən biznes marağı var. Demək ki, ən böyük biznes fəaliyyəti də budur. İndisə 72 yaşlı xanım sədr kreslonu təhvil vermir, amma başqalarını biznesdə ittiham edir.
Görünür ki, Şamaxıda, Xızıda və Bakıda daşınmaz əmlakları olan DİM sədri deyil, ekspertlər imiş. Nə gözəl şəffaflıqdır bu...
Əslində, Abbaszadə ona da izahat verməli və aydınlıq gətirməliydi ki, imtahanlara texniki vasitələr keçirilən nəzarətçilər hara baxıb. Bundan əlavə, testin cavabları necə abituriyentlərə ötürülə bilərdi? Bəlkə DİM-də köstəpəklər var???
Odur ki, bütövlükdə DİM-də fundamental dəyişikliklərə ehtiyac var. Bir şəxs 30 il eyni vəzifədə qalanda bu kimi eybəcərliklər meydana çıxır.
Axı onun hansı əlahiddə fəaliyyəti var? Bu ölkədə test sisteminin tətbiqinin tarixi də məlumdur, zəhmətkeşləri də. Abbaszadə bəs nə edib, hansı inqilabi xidməti olub? Bəlkə vunderkinddi, ictimaiyyət xəbərsizdir?! Deməli, əvəzolunmaz kimsə yoxdur və bu sahədə 30 il sədr vəzifəsini tutması göstərir ki, çoxdan dəyişiklik olmalıydı. Çünki Məleykə Abbaszadə qəbul imtahanını o səviyyəyə endirib ki, 150 bal yığan da az qala tələbə adını qazanır. DİM sədri qəbulu o günə salıb ki, kimlərsə imtahana cavabları ötürə bilir. Sizin səhvlərinizdən dövlətinə inanıb imtahan verərək kənarda qalanların hüquqlarını kim bərpa edəcək? Gecdir . Deməli, milyonlarla manatın dövr etdiyi bir sistemdə böyük çatışmazlıqlar var. Dövlət DİM-də nəzarəti gücləndirməlidir.
Ən nəhayət, Abbaszadə ana dilimizi qətlə yetirən bir xanım məmurdur. Onun bir neçə ay əvvəl qadınları inəklə müqayisə etməsi cəmiyyətdə gündəm yaratdı. Məlum oldu ki, ana dilindən imtahan sualları hazırlayan qurumun rəhbəri azərbaycanca danışa bilmirmiş. Bir sözlə, səhnəni vaxtında tərk etmək lazımdır, sonra adamı Mehdiyev kimi 87 yaşında urvatsız edirlər...

Nicat Mahmudov - rubrika.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Dünən, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru