Özünü hər addımda Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri kimi təqdim edən və əslində adı daha çox vətəndaş gileylərinin səbəbkarı kimi hallanan və elə çox güman bu səbəbdən köhnə adından "Kristal Abşeron" adından imtina edərək "Kristal" adı ilə "piyasaya" çıxan deputat Ağalar Vəliyevin qanunsuz sahibi olduğu (bizdə qanunlar millət vəkillərinin biznes fəaliyyətini yasaqlayır -red.) bu tikinti şirkəti yenə də ənənəvi ampluasındadır. Yəni yenə də "Kristal" narazılıq yaradır.
Bu barədə "DİA-AZ"a şikayət edən Biləcəridəki "Kristal" binalarından birinin sakini deyir ki, sənədlə yaşadığı mənzil onlara aid olsa da, qanunsuz olaraq onlardan hər ay 39 manatdan komendant pulu yığılır:
"İlk əvvəl buna etiraz etdim. Gördüm, qonşular verir deyə... məcbur qalıb mən də palaza büründüm.
İndi isə əlavə pul tələbi qoyublar. Niyə? Mən deyim... siz də bilin...
İndi də rayon qeydiyyatı olduğumu bəhanə gətirərək məndən hər ay üçün 150 manat əlavə döəniş tələb edirlər. Bu harda görünüb?
Belə olacaqsa, evi satıb, qaçmalı olacağıq..."











