Aşağıdakı mesaj Samir Mollayevin rəhbərlik etdiyi SOCAR AQŞ MMC -nin müvafiq şöbələri tərəfindən üç aydır əmək haqqı almayan işçilərinə göndərilib:"Hörmətli əməkdaşlar,
Əmək haqqı ilə bağlı dəqiq məlumat olmadığı üçün sizinlə paylaşa bilmirik.
Hazırda şirkətə məhdud həcmdə vəsait daxil olub və bu vəsait hesabına oktyabr ayı üzrə maaşı ödənilməmiş əməkdaşlara ilkin olaraq 500 manat ödəniş həyata keçiriləcək. Əmək haqqının verilməsi üçün rəhbərlik əlindən gələni etməyə çalışır.
Bununla bağlı hər hansı bir başqa məlumat olarsa mütləq sizinlə bölüşəcəyik..."
Bəli, göründüyü kimi, Mollayev cənabları 3 aydır maaşlarını ala bilməyən işçiləri yalnız və yalnız ovundurmağa çalışıb.
"DİA-AZ" xəbər verir ki, işçilərin müraciətini ictimailəşdirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sözügedən məsələyə olduqca sərt reaksiya verib. "DİA-AZ" NHMT sədrinin açıqlamasını təqdim edir:
"Allah böyükdür, Samir Mollayev, Yeni İl qabağı işçiləri ailəsi ,övladları qarşısında əlacsız vəziyyətə saldığın üçün Allah günahlarını bağışlamayacaq. İnşallah!
Hansı yüksək vəzifəlinin qohumudur Samir Mollayev? SOCAR AQŞ kimə məxsusdur? , Samir Mollayev niyə cəzalanmır, məsuliyyətə cəlb olunmur, səbəbi nədir ?Niyə #NobelOilLtd.( 73.77% ) ?
Işçilərə göndərilən mesajdan da məlum olur ki, Mollayev işçilərin əmək haqqını verməyə heç tələsmir də. Bilir ki,"sahibi" onun cəzalanmasına heç vaxt imkan verməyəcək..."











