"Mənim şikayətim "Starex" daşınma şirkəti ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ləman adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Belə ki, sistemdə əks olunan məlumatlara əsasən bağlama 20.12.2025 tarixindən etibarən yerli anbara daxil olub və o gündən bu günə kimi 3 fərqli izləmə məlumatını təkrar-təkrar yeniləyirlər. Təhvil məntəqəsi tərəfindən qəbul edildi (ardınca ingilis dilində eyni məzmun), çatdırılma üçün hazırlanır... sonra yenə də təhvil məntəqəsi tərəfindən qəbul edildi və təkrar yenə eyni məlumat...
Starexglobal.az-a müraciət edirəm: artıq yeni il bitir.. Çin 4 günə bağlamanı Azərbaycana göndərdi, amma ölkə daxilində bağlamanı əldə edə bilmirəm.
Bildirirəm ki ünvan qeyd edin hansı flialdadırsa gedib özümüz təhvil alaq, standart cavab verməkdən başqa heç bir köməklik edilmir. Dünən bildiriblər ki çatdırılmaya verildi, bu gün bildirirəm ki axı izləmə məlumatında bu məlumat qeyd olunmayıb, mənə deyirlər kuryer zəng etməyib? Deyirəm, yox... sonra yenə eyni məlumat təqdim olunur- çatdırılması üçün bağlama hazırlanır, siz müştərini açıq aşkar aldadırsız..."











