Naxcıvan Muxtar Respublikasında hava limanında çalışan işçilər əməkhaqqılarının aşağı olmasından və durumlarının günbəgün pisləşməsindən giley edirlər. "Bu barədə "DİA-AZ"a daxil olan müraciətdə deyilir və müraciət müəllifləri iddia edir ki, Naxçıvanda Vasif Talıbovdan sonra bir çox sahələrdə durum belə olsa da, onların sosial vəziyyəti daha ağır hesab oluna bilər.
İşçilər yazırlar ki, 3 ildir maaşları qalxmır. Müraciətdə deyilir:
"Bununla bağlı dəfələrlə rəhbərliyə şikayət etmişik. Amma bizi eşidən yoxdur. Hamı dövlətdən oğurlamır ki? Bunun sıravi işçisi də var... Gərək yuxarı orqanlar bunu nəzərə alsın...
3 ildir ki, əməkhaqqımız qalxmır. Bizə deyən də yoxdur ki, bunun axırı necə olacaq... bizimlə nə olacaq... bilən yoxdur".











