Rövnəq Abdullayevin gedişindən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinə gətirilən Rövşən Nəcəflə bağlı yuxarı dairələrdə mənfi rəylər formalaşmaqdadır. Bu barədə "DİA-AZ"a danışan mötəbər mənbə iddia edir ki, ola bilsin... yaxın vaxtlarda Rövşən Nəcəf tutduğu vəzifəsindən azad edilsin. Mənbə iddia edir ki, hələlik tam dəqiq olmasa da, SOCAR rəhbərliyi ilə bağlı neqativ qənaət faktı yüzə yüzdür və onunla bağlı qərarın verilməsi gözləniləndir.
Burada söhbət nədən gedir? Yəni Rövşən Nəcəf nədən ali siyasi iradənin hədəfinə çevrilib, sualına cavab axtarmağa çalışdıq. Müəyyən bilgilərimiz var. Lakin dəqiqləşdirə bilmək imkanı yoxdur. Sadəcə, onu qeyd edə bilərik ki, Rövşən Nəcəf artıq ona olan etimadı itirib və onunla bağlı "yuxarılarda" qəti olmasa da, bir qərar əhval-ruhiyyəsi mövcuddur.
Nədən söhbət gedir? Bu barədə növbəti yazımızda. Dədiqləşdirmə apardıqdan sonra. Bizi izləməyə davam edin...
Eldar - "DİA-AZ"











