"Neftçilər Xəstəxanası, ayıb olsun!!!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Neftçilər Xəstəxanasının təcili tibbi yardım heyətinə etiraz edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra başına gələnləri izah edərək belə qeyd edir: "Dünən qızım nahar edərkən yediyi balığın (qurudulmuş) sümüyü qəflətən boğazına getdi. Bu da bərk ağrı, yanğı verdi... tənəffüsü çətinləşməyə başladı.
Onu dərhal Neftçilər Xəstəxanasınin Təcili yardım şöbəsinə apardım. Orada bir saata yaxın ağrıdan, həyəcandan qıvrılan qızıma heç kim yaxınlaşmadı.
Qeydiyyatda oturan xanımlara dəfələrlə yaxınlaşdım... bir xeyri olmadı. Bir dəfə dodaqucu dedilər ki, liftin yanındakı ağ düyməni bas. Çaldığım zəngə də cavab verən olmadı.
Bir nəfər dedi ki, tez aparın Xətai Tibb Mərkəzinə. Təşəkkür edirəm, Xətai Tibb Mərkəzi!!! Xətai Tibb Mərkəzinin Təcili Yardım Mərkəzinə gedən kimi, həkim yaxınlaşdı, ilkin tibbi yardım göstərdi, aparatla baxdı, evdə müalicəni davam etdirmək üçün lazımı göstərişlər verdi".











