Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

Anası ağlar günə qalan AZƏRBAYCAN GÖMRÜYÜ... - İTTİHAM VAR...
Tarix: 27-01-2026, 07:40 | Çap et

"Mən bu yazını yazmaya da bilərdim. Müxtəlif orqanlara şikayətlərimizə cavab verilmədi… Azərbaycan Dövlət Gömrük Komitəsində işləyən qızım Aygün Qocanın 12 il, 6 yaşından etibarən qızını evdə tək qoyub möhnət çəkə-çəkə yayın istisində, qışın soyuğunda zülmlə ora gedib-gəlməsi, katorqa qaydalarını gördükcə hər gün əsəbiləşməsi, əsəblərinin son həddə çatması, buna baxmayaraq işinə məsuliyyətlə yanaşması və ciddi səyi nəticəsində polkovnik-leytenant rütbəsinə yüksəlməsi, attestasiyanı bəhanə edərək vəzifəsinin ikiqat aşağı salınması (DGK-nın Gömrük tarifləri şöbəsində çalışırdı. Vəzifəsi bir pillə endirilərək böyük inspektor təyin olundu". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib. 
Əslində ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə Xeyrəddin Qoca olduqca ciddi ittihamlar da səsləndirib ki, bu faktların gərəkən qurumlar tərəfindən ciddi şəkildə araşdırılması gözlənilir. Beləliklə, Xeyrəddin Qoca fikrini belə davam etdirir: "2025-ci il 10 dekabr tarixli əmrlə isə özünün razılığı olmadan və ixtisasına tamamilə zidd olan Katibliyin qərarlarının icrasına nəzarət (kargüzarlıq) şöbəsinə yerdəyişmə edildi. Bu əmr qanunsuzdur!) onun işinin sonlandırılması deməkdir. İndi nəvəmin 18 yaşı var, universitet tələbəsidir. Onu oxutmaq, qayğısına qalmaq lazımdır. Əlbəttə, qızımın və nəvəmin yaşaması üçün maddi vəsait olmalıdır. Bir sözlə, bu tale məsələsidir… Bütün bunlardan ümidimiz kəsilir, nə var, nə var, Şahin Bağırov
kimi birisi Gömrük Komitəsində “Gestapo” rejimi həyata keçirir! Sıravi əməkdaşlar üçün orada işləmək cəhənnəm əzabına çevrilib! Belə rəhbər işçilər təkcə tabeçiliklərində olanlara yox, dövlətə, dövlətçiliyə də zərər vururlar! Ulu Öndərimiz deyirdi: “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər şey onun ağlından, biliyindən asılıdır. Əgər səlahiyyət sahibinin zəkası və mədəniyyəti yoxdursa yüzlərlə insan taleyini şikəst edir və sonda özünü də məhv edir. Nəhayət, ən pisi odur ki, belə münasibət vətəndaşın dövlətə olan inamını darmadağın edir, kö-
kündən sarsıdır”.
Əslində, məni daha çox narahat edən də dövlətimizə qarşı olan bu cür təxribatlardır! Keçək əlahəzrət faktlara:
1.Dövlət dəftərxana ləvazimatları və əməkdaşların geyimi üçün milyonlarla manat pul ayırır. Lakin bütün geyimləri işçilərin əksəriyyəti öz pulları ilə tikdirirlər və bu geyimlər olduqca bahadır. Hər hansı geyimi, adicə gömrük papağını da istəyəndə deyirlər “gedin, maaşınızdan alın”. Bəs dövlət tərəfindən ayrılan pullar hara gedir?
2. Komitənin təzə binası istifadəyə verilib.Pəncərələri açılmır.Xüsusilə isti havalarda nəfəs almaq mümkün olmur. Türmədə olduğu kimi, gündə 2 dəfə 20 dəqiqəliyə hava almağa icazə verirlər,onun da 10 dəqiqəsi lift gözləməklə keçir.
Təzə bina qəzalıdır,qazanxanadan bəzən dəhşətli uğultu gəlir.Fəhlələrin bildirdiklərinə görə , qazanların biri partlasa adamların tikəsini tapmaq mümkün olmayacaq.
3. Mətbəxdə yemək yeməyə qoymurlar, deyirlər “düşün bufetdə yeyin”. Bufetdə də yemək yoxdur, 1 ildir işləmir, əməkdaşlar evdən gətirdikləri yeməyi qızdırmaq üçün cəmi 2 ədəd qızdırıcıdan istifadə edirlər ki, nəticədə, növbə yaranır.
4. Sıravi əməkdaşlar heç bir tədbirə dəvət edilmir, onları yalnız müharibə mövzusunda filmlərə, şəhid qəbirstanlıqlarına ziyarətlərə və mənasız iclaslara çağırırlar.
5. Ezamiyyətlərə eyni adamları – rəhbər işçiləri, özlərinin seçdikləri əməkdaşları göndərirlər.
Sıravi əməkdaşlar heç yada düşmür! “Seçilənlər” dünyanın bütün ölkələrinə, ən çox İsveçrəyə gedirlər!
6. Hər gün xidməti qeyd gəlir, işçilərə gün verib işıq vermirlər.
7. İşə 1 dəqiqə gecikməyə görə izahat alıb, töhmət verirlər. Hər şeyə qadağa qoyurlar, heç nədən işçilərə töhmət verirlər.
8. Təcrübəsiz gəncləri nəyə görəsə rəis vəzifəsinə təyin edirlər. Adını qoyurlar ki, “gəncləri qabağa çəkirik”.
9.Attestasiya keçirib, istəmədikləri adamların vəzifələrini aşağı salır, bəzilərini işdən uzaqlaşdırıb, yerlərini təmənnalı şəkildə başqalarına verirlər. Məsələn, Şirvan rayonunun post rəisi attestasiyadan aşağı bal yığdığına baxmayaraq, onu Aksiz idarəsində baş əməliyyat müvəkkili vəzifəsinə təyin etdilər.(?!)
10. Günaşırı mikrofonla anons verirlər ki, “daxili test məqsədi ilə yoxlanışdır, narahat olmayın”, filan-filan…
11. Attestasiyadan əlavə 2 gündən bir daxili imtahan keçirilir.Güya komitəni “təmizləyib” çıxarılanların əvəzinə öz adamlarını işə götürürlər, bəzi işçilərini postlarda narkotik buraxmaq adı ilə tutdururlar.Bir sözlə, yer açmaq üçün bütün fəndlərə əl atırlar! Bu əməllər kadrlar şöbəsinin rəisi Vüqar Əsgərovun əllaməlikləri ilə baş tutur. Vüqar özünü külli-ixtiyar sahibi kimi aparır, özbaşınalıq edir, qadınları otağına çağırır, onları aşağılamaqdan zövq alır.
12. İş yerində qorxusundan heç kim bir – birinə salam verə bilmir. Hamını bir-birinə düşmən salıblar!
“Virtual gigiyenaya diqqət edin” deyə əməkdaşlara məktub göndərirlər. Bu nə deməkdir?
13. Binada kiçik bir hadisə baş versə, liftə minmək mümkün olmayacaq, pəncərələr isə açılmır ki, heç olmasa əməkdaşlar özlərini çölə atsınlar!
14. Bir salonda 20 əməkdaş əyləşir, yayın istisində bəzi əməkdaşlar havalandırmanı işlətməyə qoymurlar, qeyd etdiyim kimi, pəncərələr açılmadığından salona hava girmir, ürək dayanır, təzyiq qalxır!
15. Pəncərələr qara pərdələrlə örtülür, sanki matəmdir! Pərdələri açmağa icazə vermirlər, deyirlər “işçilər çölə baxırlar, fikirləri yayınır”.
16. Əməkdaşlar komitənin binasına daxil olmaq üçün əyri-üyrü, daşlı yollarla binanın arxasından fırlanmağa məcbur olurlar. Çünki ön tərəfdən binaya daxil olmağa icazə verilmir. Buradan yalnız sədr girə bilər! İşçilərin,xüsusilə qadınların ayaqları burxulur, ayaqqabılarının dabanları qopur, bəzən ağrıdan yeriyə bilmirlər! Yastı dabansız ayaqqabı geyinməyi isə qadağan ediblər.
17. Qadınların qulaqlarındakı sırğaya , geyindikləri kalqotkaların rənginə, kosmetikalarına, parfümlərinə – hər şeyə qarışırlar. Deyirlər, ” parfümdən istifadə etməyin, əllərinizə krem vurmayın, vətəndaşlar ehtiraslana bilərlər”.(?!) Bunlara bir deyən gərək, gedin, öz ailələrinizin dərdini çəkin!
18. Tapşırırlar ki, əlinizdə “bloknot” gəzdirin, rəhbərlər nə desələr hamısını yazın.
19. Respublika Prokurorluğuna (dövlət orqanlarına) yazılan şikayət məktubları tədbir görülmək əvəzinə, komitəyə göndərilir. “Vətəndaşların müraciətləri haqqında qanunun 7.12 ci maddəsinə əsasən, vətəndaşın müraciətinə baxılmaq üçün barəsində şikayət edilən dövlət orqanına, quruma və ya onların vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu, ən fundamental pozuntudur, çünki şikayətin obyektinə (iş yerinə) həmin şikayəti göndərmək həm araşdırmanın obyektivliyini itirir, həm də şikayətçi üçün mənfi nəticələr doğura bilər. Bu, qaydaları kobud surətdə pozmaqdır və cinayət sayılır. Məgər, bunu Respublika Prokurorluğuna izah etmək lazımdır?
20. Heydər Əliyev adına hava limanında gömrükçülər sərnişinlərin başlarına oyun gətirirlər. “Gestapo” əməkdaşları ayaqlarını aralayıb, əlləri bellərində dayanaraq sərnişinlərin qarşısını kəsirlər. 1 ədəd telefona görə vətəndaşı qandallayırlar. Yük yoxlanışlarında ” qanunsuz” hesab olunan malları müsadirə edib, sonra Bakının müxtəlif yerlərində satdırırlar.
Xaricdən qayıdan gömrükçülər belə oradan keçməkdə çətinlik çəkirlər. Bakıdan bahalı geyimləri ilə çıxmış, şəxsi zinət əşyalarını da qadınlara irad tutaraq deyirlər ki, “sən bunları satmaq məqsədi ilə almısan”! Sərnişinlər çətinliklə sübut edirlər ki, həmin geyimlər və zinət əşyaları Bakıdan çıxanda üzərlərində olub. Gömrükçü sərnişinlər məcbur olub özlərini təqdim edirlər ki, gömrük əməkdaşlarıdır, hava limanındakı gömrükçülər deyirlər ki, ” mən bilmirəm sən kimsən?”
Keçən il yayda aeroport “gestapo”çuları mənim ailəmin də başına oyun açmışlar.Əvvəlcə biri demişdir ki, “bu qapıdan keçin”. Həyat yoldaşım, gömrük komitəsində işləyən qızım Aygün Qoca və nəvəm göstərilən qapıdan keçmək istəyəndə basqa bir “gestapo” əməkdaşı yüksək səslə əmr verib ki, ” geri qayıt , siz o qapıdan keçə bilməzsiz!” Əlbəttə, qızım gömrük əməkdaşı kimi həm də oradakı “gestapo”çulardan daha yüksək rütbəli olduğu üçün onlardan kobud olmamağı, mədəni danışmağı tələb edib. Mübahisə yaranıb, 4,5 nəfər əməliyyat işçisi tökülüşüb gəliblər, mənim 73 yaşlı həyat yoldaşım 1 saat ayaq üstə qalıb, 17 yaşlı nəvəmə də “sən kəs səsini” deyiblər. Mən onların rəisi Anar Cahangirova zəng etdim, hörmətlə danışdıq, bildirdi ki, “onlar haqqında mütləq tədbir görüləcək”.Qızım da komitə sədrinə ərizə ilə müraciət etdi.Tədbirləri o oldu ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov qızımı 4 dəfə otağına çağırıb təzyiq göstərərək “ərizəni müzakirəsiz geri götür”demişdir. Qızım ərizəni geri götürməmiş, Fuad Qasımov sədrin “ona da cəza verəcəyik” fikrini qızıma çatdırmışdır. Nəticədə komitənin sədri Şahin Bağırov “gestapo”çulardan birinin rütbəsini artırmışdır…
Şahin Bağırovun nəzərinə çatdırıram ki, yazdıqlarım sənin bəzi işlərinin mində biridir. Mənimlə telefonda danışanda, nəhayət, yayda səninlə görüşəndə dedin ki, ” qızınız ağır təbiətlidir, əxlaqlıdır, işgüzardır”. Mənim haqqımda neçə dəfə təkrar- təkrar dedin ki, ” siz xalq adamısınız, insanların arasında böyük hörmətiniz olduğunu bilirəm”… Deməli, başımızın altına yastıq qoyurdun! Mən xalq adamıyam, bəs sən kimsən? Budur sənin bizə hörmətin? Bir ananın taleyini puç etdin. İndiki çətin bir vaxtda o haradan iş tapacaq? Nəhayət , insanların çörəyi ilə oynamaq kişiyə yaraşan iş deyil!"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru