"Kapital Bank, Birbank , Azərbaycan Respublikasının Mərkəzi Bankı... Xahiş edirəm sualımı cavablandırın..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Oruc Ibrahimli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən yanvar ayında kartımdan 350 manat pul çıxarmışdım. O pulu tam geri ödədim. Hətta faizinidə hesabladım ödədim. Amma yenədə mənim balansımdan 10.66 əlavə pul tutuldu. "Kapital Bank"ın 196 müştəri xidmətlərinə zəng etdim... 28 dəqiqə xəttdə gözlətdilər, lakin zəngimə cavab vermədilər.
Balansımda 2 manatdan artıq kontur var idi... o da bitdi. "Birbank" çatınada yazıram... orda da yetərsiz cavab verirlər. "Leobank"dan örnək götürün... onlara yazmaq asandır. Bütün sosial şəbəkələrdən yazmaq olur onlara və geri dönüşləri sürətlidir. Və dolğun məlumat verirlər.
"Birbank" isə balansdan çıxdığı pulu açıqlamır. Buna görə də istər-istəməz ağla gələn bu olur ki balansdan pul oğurlayırlar. Qısası: dərdimizi kimə deyək bilmirik. "Mərkəzi bank"dan xahiş edirəm: kömək edin... Bu "Kapital bank"la artıq bacara bilmirik. "Kapital Bank"ın işçilərinə sübut edirəm ki səhv edirsiniz... amma yenə də qəbul etmirlər..."











