Əli-Nino Kitab Evinin sahibi Nigar Köçərli LIV Bona Dea Hospitalı məhkəməyə verir.
Gununsesi.info-nun xəbərinə görə, artıq o, tanınmış vəkil Zibeydə Sadıqova ilə müqavilə bağlayıb:”LIV Bona Dea Hospitalına qarşı məhkəmə çəkişməsinə hazırlığa başlamışam.
Vəkilim hörmətli Zibeydə xanımdır.
Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.
İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram.
Xəstələrə qayğı tələb edirik.
Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən fırıldaqçı yanaşmaya qarşıyıq”.











