"Mən Orucova Nazilə Müzəffər qızı... Şəhid Ailəsiyəm, üc uşağım var. Ağstafa rayon Qarahəsənli kəndində yaşayıram..." "DİA-AZ" xəbər verir ki, bu ifadələr Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasovdan şikayətçi düşən narazı vətəndaşın müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Sahibkaram məqsədim dövlətimə vergi ödəyib dövlət fermalarının birində qoyunlarımı saxlamaq idi. Ancaq mənə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasov və onun qeyri-qanuni işciləri yeddi ildir ki, mane olurlar.
Səbəb isə başqaları kimi, mən də onlara rüşvət verməliyəm... Buna baxmayaraq Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasov mənimlə birgə fəaliyyət müqaviləsi imzaladı və mən dövlətin qoyunları ilə öz qoyunlarımı dövlət fermasında saxlamağıma baxmayaraq dəfələrlə təhqirlərə məruz qalıb, döyülmüşəm.
Heyvanlarım mənimsənilib... o cümlədən mənim yanımda dövlətin qoyun-quzuları satılıb, əvəzində baytar tərəfindən "ölüb" yazılıb və başqa şəxsin qoyunlarını aldadaraq fermaya gətiriblər ki, KTN pul ayıracaq, onda qoyunun pulunu verəcək.
Bu günə kimi bizə dəymiş ziyan ödənilməyib... Xahiş edirəm mənə kömək edəsiniz..."
Məsələ diqqətimizdədir...











