"Deməli, mən kuryer işləyirəm woltda, gündəlik olaraq nağd ödənişləri, müştərilərdən aldığım pulu, "wolt" hesabıma m10 vasitəsilə edirdim, gündəlik olaraq bu məbləğ dəyişirdi 100 - 200, 500 hətta 600..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Bu yaxınlarda birdə gördüm hesabım blok oldu, kartımda isə 20 - 25 azn qalmışdı.
M10 ilə əlaqə saxladım onlar dedilər ki, sizin kartnıza bu girən çıxan pul nədi, izah etdim ki, bəs kuryer işləyirəm, necə yəni orda görmürsüz wolt hesabıma nə qədər ödənişlər edirəm, onlar məndən qazancımı soruşdular, vergi, vöen, bank rekvizitləri, maaş kartı və s,
məndə dedim ki, mən sahibkar ilə işləyirəm 75/25, gündəlik qazancımın 75 faiz mənimdi, 25 faizi isə onlar tuturlar, mənim maaş kartım belə yoxdu, kart hesabıma atırlar, mən yenə onlara sübut olaraq isə profilimin ekran görüntüsünü, yəni həqiqətən kuryer işləyirəmdə mən, hətta ordan müştəridən alınan pulun görüntüsünü və Wolt hesaba vurulan görüntüləri göndərdim, və bildirdilər ki, 5 iş günü ərzində baxılacaq sorğuya.
Hesabda qalan 20-25 azn lazım idi, artıq işin 3-4 cü günündə tələsirdim onları, mənim 2 saatlıq hesabımı açdılar pulu geri götürmək üçün, sonra isə deaktiv etdilər, yekun olaraq xitam verildi, bildirdilər ki, səbəbi açıqlaya bilmirik, elə belə və. s. Axı niyə belə edir bu m10
, cammatın kartına 10-15 min pul girib çıxır, belə şey olar?! mən kasıb kuryerəm, soyuqda velosiped ilə əziyyət çəkirəm,hətta kuryerlərin günlük qazancları sahibkarlar tərəfindən m10 hesablarına göndərdilir gün ərzində, məndə isə sahibkar tərəfindən bank kartıma köçürülür.
Onlar mənə qanunla bağlı maddə atmışdılar, artıq onu mesajlardan silmişəm. vallah oxusaz çox gülməli idi, özümün iş güc problemlərim, şəxsi problemlərim, bir tərəfdəndə onların bu hərəkəti mənə çox zərbə vurdu, mən bu m10 hara şikayət edə bilərəm, ciddi tədbir görülməsini istəyərəm, və hesabın aktivləşdirilməsini istəyirəm mənim heç bir günahım yoxdur bilmirəm ordakılar cahildi nədi, görmürlər mən hara ödəniş edirəm..."











