Dünən məlum oldu ki, Fövqəladə hallar nazirinin üç müavini eyni vaxtda vəzifələrindən azad olunublar.
"DİA-AZ" xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı haqda "DİA-AZ"a olduqca ilginc məlumat daxil olub. Belə ki, redaksiyamıza verilən xəbərə görə, FHN şefi Kəmaləddin Heydərov bu qərarı səbəbsiz verməyib, qərar Ali siyasi iradəyə aiddir. Mənbə bildirir:
"Hər üç nazir müavini keçmiş PA rəhbəri Ramiz Mehdiyevin komandasına aid olmaqla yanaşı, həm də mühüm mövqe tutmaları səbəbindən onların operativ şəkildə vəzifədən alınması qərarı verilib".
Xatırladaq ki, Ramiz Mehdiyevin oğlu da son vaxtlara qədər FHN-də nazir müavini postunu tuturdu.
Mənbə iddia edir ki, anoloji addımlar digər dövlət qurumlarında da müşahidə olunacaq.











