"Biz bir qrup Laçın rayonu sakini ölkə rəhbərliyinə müraciət edərək, xahiş edirik ki, bu gün Laçında həyatın daha da canlandırılması üçün ora köçürülmüş sakinlərə öz mal-qara, heyvandarlıq təsərrüfatlarının yaradılması üçün icazə verilməlidir. Yoxsa müəyyən müddətdən sonra, bu qayıdış prosesi nəinki cəlbedici olmaya bilər, hətta köçürülmüş sakinlər belə ciddi problemlərlə üz-üzə qala bilərlər". "DİA-AZ" xəbər verir ki, bu sözlər bir qrup Laçın rayon sakininin ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Bu gün niyə Laçına köçən sakin bir hin tikib toyuq-cücəni gizli saxlamalıdır? Niyə Laçın sakini həyətində heyvan saxlamasın? Niyə Laçına qayıtmış sakin ancaq oturub təsbeh çevirməlidir? Əvvələr insanlar bir birindən alver edirdilər... Yoxsa indi... gözləməli deyillər ki, Tərtərdən nə vaxt məhsul gələcək, onlar da alacaqlar...
Xahiş edirik, biz Laçında yaşayan sakinlərə bu istiqamətdə dövlət tərəfindən dəstək verilsin ".











