Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
Bizimesr.az bildirir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Bizimesr.az-a daxil olan məlumata görə, yaxın günlərdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da vəzifədən uzaqlaşdırılacaq.
Müavinlərinin mərhələli şəkildə vəzifədən kənarlaşdırmaq da elə onun planının bir hissəsidir.











