TƏBİB-də xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib - kölgə güc mərkəzi?
Tarix: 19-02-2026, 16:16 | Çap et

TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov işdən azad olunduqdan sonra qurumun fəaliyyətinə dair ictimai müzakirələr daha da intensivləşib. İctimaiyyətin və medianın diqqət mərkəzində olan əsas məsələlərdən biri isə səhiyyə müəssisələrində kadr təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi və bu prosesdə qeyri-rəsmi təsir mexanizmlərinin olub-olmamasıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, son illər ərzində bir sıra iri şəhər və rayon xəstəxanalarının direktorları, eləcə də müxtəlif tibb müəssisələrinin rəhbər vəzifələrinə təyinatlar zamanı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun “təqdimatı və ya razılığı” əsas rol oynayıb. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, səhiyyə sektorunda uzun müddətdir müzakirə olunan “mərkəzləşdirilmiş kadr təsiri” mövzusunu yenidən gündəmə gətirir.
Mediatv.az xəbər verir ki, səhiyyə kimi strateji sahədə rəhbər təyinatlarının şəffaf prosedurlar və peşəkarlıq meyarları əsasında aparılması vacib hesab olunur. Əgər kadr seçimi müəyyən bir şəxsin “süzgəcindən” keçmə prinsipi ilə həyata keçirilirsə, bu, idarəetmənin peşəkarlıq deyil, şəxsləşmiş modelə yönəldiyini göstərən təhlükəli tendensiya kimi qiymətləndirilə bilər.Səhiyyə kimi strateji sahədə direktor təyinatları ciddi meyarlara əsaslanmalıdır: peşəkar təcrübə, idarəçilik bacarığı, şəffaf seçim mexanizmi. Belə modeldə direktor faktiki olaraq onu təyin edən instituta deyil, onu təqdim edən qeyri-rəsmi təsir sahibinə bağlı olur. Bu isə sistemli korrupsiya və idarəetmə monopoliyası risklərini artırır. Əldə olunan məlumatlar göstərir ki, söhbət tək-tək epizodlardan getmir. Direktorların əksəriyyəti eyni təsir dairəsi vasitəsilə formalaşdırılıbsa, bu artıq sistemli strukturlaşma deməkdir.Araşdırmalar göstərər ki,TƏBİB-də daha geniş islahatlara ehtiyac vardır. Rəhbər təyinatları həqiqətən də qeyri-rəsmi təsir dairələri ilə formalaşıbsa, bu, bütün səhiyyə sistemində peşəkarlıq prinsipinin zədələnməsi deməkdir.
10 FA 100 dövlət qeydiyyat nişanı, 400 minlik qalmaqal və vəzifə yüksəlişi
2023-cü ildə mediada yayılan məlumatlar Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun fəaliyyəti ilə bağlı ciddi iddiaları gündəmə gətirmişdi. Həmin məlumatlarda onun yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirməsi, hətta təcrübəsi və tibbi təhsili olmayan şəxslərin işə götürülməsi iddia olunurdu.Dövlət tibb müəssisəsi şəxsi ailə strukturu deyil və orada işə qəbul meyarları qanun və normativ aktlarla tənzimlənir.Mediada yayılan digər məlumatlarda direktorun bahalı avtomobillər alması, yüksək dəyərli mənzillərə sahib olması və ailə üzvlərinin adına müxtəlif obyektlərin açılması barədə iddialar yer almışdı.
Sosial şəbəkələrdə və tibbi çevrələrdə müzakirə olunan məsələlərdən biri də Fazil Alməmmədovun 10-FZ-100 dövlət qeydiyyat nişanlı bahalı avtomobildir. İddialara görə, nömrədəki “FZ” hərfləri rəhbərin adının Fazil — baş hərfləri ilə üst-üstə düşür. Bu uyğunluq təsadüf kimi təqdim oluna bilər. Lakin dövlət tibb müəssisəsinin rəhbərinin yüksək dəyərli avtomobil və “şəxsi identifikasiya” xarakteri daşıdığı iddia edilən nömrə ilə gündəmə gəlməsi ictimai rəy baxımından əlavə suallar yaradır.
 Mediada yer alan digər xəbərlərə görə, ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən Fazil Alməmmədova qarşı 400 min manatlıq borc iddiası ilə məhkəmə müraciəti olunmuşdu. İddialara əsasən, məsələ sonradan “başqa müstəvidə” həll edilib.Daha diqqətçəkən məqam isə budur: 2025-ci ildə Adil Vilayət oğlu Məmmədzadəun həmin mərkəzdə direktor müavini təyin edildiyi bildirilir.Bütün bu iddialar — qohumların işə yerləşdirilməsi, bahalı həyat tərzi, iri borc qalmaqalı və sonradan vəzifə təyinatı — bir yerdə qiymətləndirildikdə artıq ayrı-ayrı təsadüfi hadisələr kimi görünmür.
Tibb sistemində “oliqarx” imici: Fazil Alməmmədov ətrafında formalaşan reputasiya nəyi göstərir?
Tibbi çevrələrdə bəzi rəhbər şəxslərin qeyri-rəsmi şəkildə “oliqarx” kimi tanınması təsadüfi reputasiya deyil — bu, adətən uzun illər ərzində formalaşan təsir dairəsi, geniş əlaqələr şəbəkəsi və qərarvermə proseslərində dominant rol iddiaları ilə bağlı olur. Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun da tibbi heyət arasında belə xarakterizə olunması, səhiyyə sistemində idarəetmə balansına dair sualları daha da artırır.Əgər müxtəlif xəstəxana rəhbərlərinin təyinatında müəyyən bir şəxsin təqdimatı və ya razılığı mühüm rol oynayırsa, bu, həmin şəxsin formal səlahiyyətlərdən daha geniş təsir imkanına sahib olduğu təəssüratı yaradır. Nəticədə, tibb işçiləri arasında “mərkəzi fiqur” obrazı yaranır.Fazil Alməmmədovun tibbi heyət arasında “oliqarx” kimi tanınması iddiaları — doğru və ya şişirdilmiş olmasından asılı olmayaraq — səhiyyə idarəçiliyində şəffaflıq, balans və institusional idarəetmə barədə ciddi suallar doğurur. Ən sağlam çıxış yolu isə rəsmi açıqlıq, maliyyə hesabatlarının şəffaflığı və kadr siyasətində açıq mexanizmlərin tətbiqidir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11 |
|
|
|
| • ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08 |
|
|
|
| • Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56 |
|
|
|
| • DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53 |
|
|
|
| • Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42 |
|
|
|
| • Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31 |
|
|
|
| • "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02 |
|
|
|
| • “Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59 |
|
|
|
| • İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55 |
|
|
|
| • Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52 |
|
|
|
| • BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49 |
|
|
|
| • Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31 |
|
|
|
| • İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29 |
|
|
|
| • Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25 |
|
|
|
| • Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16 |
|
|
|
| • Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46 |
|
|
|
| • “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37 |
|
|
|
| • Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32 |
|
|
|
| • Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29 |
|
|
|
| • Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16 |
|
|
|
| • “Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03 |
|
|
|
| • Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01 |
|
|
|
| • Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59 |
|
|
|
| • İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57 |
|
|
|
| • Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49 |
|
|
|
| • Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39 |
|
|
|
| • Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28 |
|
|
|
| • İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17 |
|
|
|
| • “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28 |
|
|
|
| • AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26 |
|
|
|
| • “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24 |
|
|
|
| • AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01 |
|
|
|
| • Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56 |
|
|
|
| • Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53 |
|
|
|
| • Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47 |
|
|
|
| • İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45 |
|
|
|
| • Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29 |
|
|
|
| • Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23 |
|
|
|
| • Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21 |
|
|
|
| • Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18 |
|
|
|
| • Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13 |
|
|
|
| • Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11 |
|
|
|
| • Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09 |
|
|
|
| • AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01 |
|
|
|
| • Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57 |
|
|
|
| • Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46 |
|
|
|
| • Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42 |
|
|
|
| • 88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36 |
|
|
|
|