Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

"Yeni Klinika"da skandal: Şəkər xəstəsini saatlarla ac saxlayıb qapıdan qovdular - TƏFƏRRÜAT
Tarix: 20-02-2026, 06:56 | Çap et

Vətəndaş iddia edir ki, “Yeni Klinika” həkimləri tərəfindən onun anasına qarşı kobud davranılıb.

Yenicag.az xəbər verir ki, jurnalist fəaliyyəti ilə məşğul olan Safiyar Müzəffər əməliyyat zamanı “Yeni Klinika” həkimlərinin onun anasına qarşı məsuliyyətsiz və kobud rəftar etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, endoskopiya üçün müraciət etdiyi xəstəxanada hələ girişdə saat problemi ilə qarşılaşıb. S. Müzəffər xəstəxanada baş verənləri belə izah edir:

“Bizə əvvəlcədən deyilmişdi ki, əməliyyat 40–50 dəqiqə çəkəcək. Lakin saat 12-yə işləmişə qədər gözlədim və artıq ciddi narahat olmağa başladım. İçəri daxil olub tibb işçilərindən məlumat aldım. Bildirdilər ki, guya bu gün narkoz vurulmayan xəstələrin günüdür, amma mənim anama narkoz lazımdır və narkoz həkimini gözləyirlər. ‘Biz gözləyirik, siz də gözləyin’ deyə cavab verdilər.

Əlavə 1 saat 30 dəqiqə də keçdi. Birdən gördüm ki, anam koridorda gəzir. Yaxınlaşdım, çox halsız idi. Dedi ki, ‘oğul, gözlə, həkim analiz cavabını versin, gedək’. Daha 2 saat da sənəd üçün gözlədik. Saat artıq 16:00-a yaxınlaşırdı.

Yaxınlaşıb soruşdum ki, bir kompüterdən çıxarılan cavabı vermək niyə bu qədər vaxt aparır? Bu vaxt gördüm anam ağlayır. Səbəbini soruşanda dedi ki, ‘doktor’ Ülviyyə Talıbovadan sənədi soruşanda onun üstünə qışqırıb. ‘Qapını ört çıx bayıra’ cavabını verib.

Bundan sonra Yeni Klinikanın mətbuat xidməti ilə əlaqə saxladım. Sağ olsunlar, səhv etmirəmsə adı Nərmin xanım idi, dərhal gəlib məsələni yerində həll etdi. Cəmi 3 dəqiqəyə bizə verilməli olan sənədi təqdim etdilər. Xanım əməkdaşa təşəkkür edib klinikanı tərk etdik.

Sonradan anam dedi ki, içəridə həkim onunla prinsip aparıb. Səbəb isə belə olub: gözləmə zamanı bir vətəndaş əsəbi halda ucadan danışırmış. Həkim elə bilib ki, həmin şəxs mənəm. Anama deyib ki, ‘oğlunuz çöldə səs-küy salır, ona tərbiyə vermək lazımdır’.

Anam növbədə birinci xəstə olduğu halda, barmaqlarına tibbi avadanlıqlar taxılıb hazır vəziyyətə gətirilibmiş. Lakin həkim göstəriş verib ki, avadanlıqlar çıxarılsın və bu xəstə gözləsin. Nəticədə növbədə birinci ola-ola digər xəstələr qəbul olunub, anam isə ən sonda əməliyyata salınıb.

Saat 12:30-da əməliyyatdan çıxmış, şəkər xəstəsi, ürək əməliyyatı keçirmiş və iki gündür qida qəbul etməmiş bir insanı sadəcə kompüterdən çıxan bir sənədə görə 2 saat ayaq üstə gözlətmək hansı vicdana, hansı insanlığa sığır? Tibbi xidmət alan vətəndaş hörmət və qayğı görməlidir, əlavə stress və təhqir yox. Bu hadisənin obyektiv araşdırılmasını və məsul şəxslərin davranışına hüquqi və etik qiymət verilməsini tələb edirəm.”

Məsələ ilə bağlı “Yeni Klinika”nın Mətbuat katibi Nərmin Kazımova saytımıza verdiyi açıqlamada müayinələrdə gecikmələr olduğunu bildirib:

“Yeni Klinikada endoskopik müayinələrin icrası gündəlik tibbi prioritetlərə uyğun şəkildə həyata keçirilir. 18.02.2026 tarixdə Endoskopiya şöbəsinə təcili müdaxiləyə ehtiyacı olan xəstələrin müraciəti qeydə alındığından, planlı müayinələrin icrasında müəyyən gecikmələr yaranıb.

Beynəlxalq klinik protokollara, habelə tibbi etika qaydalarına əsasən, həyati risk daşıyan və ya təxirəsalınmaz vəziyyətdə olan pasiyentlər prioritet qaydada qəbul edilir. Endoskopiya prosedurunun sedasiya (narkoz) ilə aparıldığı hallarda isə həkim-anestezioloqun iştirakı zəruridir. Qeyd olunan gecikmə məhz tibbi zərurətdən irəli gəlib və hər hansı şəxsi münasibətlə bağlı olmayıb.

Həkim-mütəxəssisin davranışı ilə bağlı səsləndirilən məqam araşdırılıb. Daxili qiymətləndirmənin nəticəsinə əsasən, tibbi personal tərəfindən pasiyentə qarşı kobud və ya etik çərçivədən kənar davranış faktı təsdiqini tapmayıb. Klinikamızda bütün pasiyentlərə bərabər, şəffaf və tibbi göstərişlərə əsaslanan xidmət təqdim olunur.”

Qeyd edək ki, şikayətçi saytımıza açıqlamasında “Yeni Klinika” barəsində hüquqi prosedurlara başladığını, məsələni məhkəmə yolu ilə həll edəcəyini bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru