"Mən "Temu"dan aldığım 2 məhsulu "Expargo" vasitəsilə geri qaytarmışam. Amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Ancaq məhsullardan biri gedib "Temu"ya çatmayıb deyə 1 məhsulun ödənişini mənə ödəmirlər.
Bununla bağlı şikayətim isə nəzərə alınmır. "Expargo" məhsulu oğurlayıb deyə "Temu" deyir ki, məhsul bizə göndərilməyib.
Bildirim ki, yüksək məbləğli məhsul idi.
Şikayəti hara edə bilərəm?"











