"Mən, Hüseyinova Elnaz Şəki Rayon Sarıca kənd sakini sizə müraciət etməkdə məqsədim budur ki, oğlum Hüseyinov Samir Rövşən oğlu aliment borcuna göre hal-hazırda inzibati qaydada həbs edilmişdir". "DİA-AZ" xəbər verir ki, bu barədə ölkə Prezidentinə ünvanlanmış mü4raciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Məhkəmənin cıxardığı qərara əsasən, oğlumun ödəməli olduğu 11 min manatdan 7 min manat ödənilib. Amma qarşı tərəf borcun tam ödənilməsini tələb edir. Ailəmizin maddi vəziiyəti ağır olduğu üçün bu məbləği tam olaraq ödəmə imkanımız yoxdur. Aliment borcunu ödəmək üçün oğlum Hüseyinov Samir 2025-ci ilin iyun ayından etibarən Qarabağda azad olunmuş ərazilərdə tikinti şirkətində fəhlə kimi çalışır.
Hal-hazırda "ARE GROUP MMC" inşaat şirkəti ilə əmək müqaviləsi var. Bir neçə aydır ki çalışdığı "ARE GROUP MMC" şirkəti oğlumun əmək haqqını ödəmır. Şirkətdən oğluma ödəniləcək borcun miqdarı rəsmi olaraq 1167 manat göstərilsə də, şirkətdən oğluma ödəniləcək ƏSAS məbləğ əslində 3200 manatdır.
Dəfələrlə şirkət rəhbərliyinə müraciət etmişəm və xahiş etmişəm ki, oğlum Samir Hüseyinova olan borcunu ödəsin. Ancaq xahişlərimə və müraciətlərimə heç bir məhəl qoyulmur.
Sizdən artıq dərəcədə xahiş edirəm, mənim oğlumun həbsdən azad olunması üçün müvafiq qurum və təşkilatlara göstəriş verin. Bəlkə bundan sonra şirkət rəhbərliyi insafa gelib, məsuliyyət hiss edib oğluma ödəniləcək məbləği ödəyər..."
Qeyd edək ki, ordumuzun xüsusi şücaəti, xalqımızın qəhrəmanlığı sayəsində azad olunmuş ərazilərdə quruculuq işlərinə cəlb olunmuş "ARE group" MMC də əslində Prezident İlham Əliyevin rəhbərlik etdiyi bu BÖYÜK BƏRPA-QURUCULUQ işlərinə haram qatanlardan, bu müqəddəs işi ləkələməyə çalışanlardan biri hesab oluna bilər. Hər halda, işçi haqqını yeməklə bu sözləri haqq etmiş kimidir.
Onu da bildirək ki, sözügedən şirkət Xocalının Daşbulaq kəndində evlərin bərpasının icrası ilə məşğuldur.
Məsələ diqqətimizdədir...











