Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT
Tarix: 27-02-2026, 09:48 | Çap et

Sabirabad rayon Suqovuşan kənd sakini Əliyev Raqif Yaqub oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Prezident, mənim şikayətim Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun, Şirvan Apelyasiya Məhkəməsinin hakimləri Pərviz Əhmədov,Tofiq Heydərov və İlham Əsədovun qanunsuz qərarındandır. Hakim Nurəddin Bağırov mənim təqdim etdiyim hüquq müəyyənedici sənədlərə əhəmiyyət vermədi.Hakimin istinad etdiyi yeganə sənəd mütəxəssis rəyi oldu.Rəyin əsassız olduğunu aydınlaşdırmaq üçün işin içərisində kifayət qədər sənədlər var və mən rəyin əsassız olduğunu sübut etmək üçün mütəxəssis Elçin Kərimovun məhkəməyə dəvət olunmasını hər iki instansiya məhkəməsində tələb etdim,amma tələbim yerinə yetirilmədi.
Qanunvericilik hakimdən mütəxəssis rəyini digər sübutlarla yanaşı araşdırmağı tələb edir. Ümumiyyətlə,hakim həmin sənədləri görməzdən gələrək, təqdim olunan sənədləri nəzərə almadan və heç bir araşdırma aparmadan qanunsuz qərar qəbul edib.Şirvan Apelyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını qüvvədə saxlamaq üçün araşdırmanın istiqamətini dəyişdi. Torpaq üzərində daşınmaz əmlak olduğuna və həmin əmlakı özbaşına sökməklə mənim hüquqlarımın pozulmasına dair sübutlar olsa da, məhkəmə təqdim olunan sənədləri araşdırmadan qərəzli qərar qəbul etdi. Hər iki instansiya məhkəməsi mübahisə olunan ərazidə Sabirabad RKC-nin mülkiyyətində,mənim isə sahibliyimdə və istifadəmdə olan mağazaya dair 2011-ci ildən 2020-ci ilə qədər məhkəmə mbahisəsinin olduğu və həmin əraziyə dair yekun məhkəmə qərarı olduğunu və 2023-cü ilin noyabrında həmin qərarın icra edildiyini nəzərə almadı.
Məlumat olaraq bildirirəm ki, 2006-cı ildə Sabirabad RKC-dən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığım mağazaya dair sahiblik və istifadə hüququmdan hal-hazıra qədər istifadə edə bilmirəm. Buna səbəb əvvəlki məhkəmədə cavabdeh olan Bayramov Zamiq Əliheydər oğlu tərəfindən ərazinin zəbt edilməsi və ərazidə yerləşən mağazanın qeyri-qanuni və özbaşına sökülməsi olub. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında öz əksini tapıb. Mənim sahibliyimdə və istifadəmdə olan mağazanın özbaşına sökülməsi Ali Məhkəmənin
04 iyul 2012-ci li tarixli,2(102 )-2094/12 saylı qərarı ilə qüvvədə saxlanılan Şirvan Apelyasiya Məhkəsinin 07 fevral 2012-ci tarixli,2(106)65/2012 saylı qərarında yazılır:”Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların Sabirabad şəhəri İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşən mağaza binası ilə bağlı hüquqları pozulmuş, bu həmin mağaza binasının özbaşına sökülməsində ifadə olunmuşdur”.
Sabirabad Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(056)-763/2018 saylı qanuni qüvvəyə minmiş qərarında yazılır:”...mübahisəli əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, haqqında söhbət gedən mübahisənin predmetini təşkil edən mağaza binası faktiki olaraq sökülmüş və onun yerləşdiyi torpaq sahəsi ağ dəmir hörüklərlə cavabdeh Bayramov Zamiq Əliheydər oğlu tərəfindən hasara alınmışdır”.
Sabirabad Rayon Məhkəməsinin həmin,yəni 13 dekabr 2018-ci il tarixli, 2(056)-763/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsində yazılır:
”İddia təmin edilsin. Sabirabad şəhəri İ.İsgəndərov küçəsində istifadədə olan 0,0041 ha torpaq sahəsində yerləşən 83 A nömrəli, 2 girişli, 32.3 kv.m. ümumi,25.5 kv.m. əsas,6.8 kv.m. köməkçi sahədən ibarət bir mərtəbəli qeyri yaşayış binasının yerləşdiyi ərazinin cavabdeh Bayramov Zamiq Əliheydər oğlu tərəfindən boşaldılsın və iddiaçılara təhvil verilsin”.
Həmin qətnamə Şirvan Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(106)-122/2020 saylı qətnaməsi ilə qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmişdir. Ərazinin mənə təhvil verlməsinə dair İcra məmurunun tərtib etdiyi 06 noyabr 2023-cü il tarixli AKTda yazılır:”Biz aşağıda imza edənlər: 1.Sabirabad Rayon İcra Şöbəsinin icra məmuru Aydın İsmayılov, 2. Tələbkar Əliyev Raqif Yaqub oğlu, 3. Sabirabad Rayon Bələdiyyəsinin nümayəndəsi Zakir Əsgərov, 4.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Elçin
Kərimovun iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(056)- 763/2018 saylı icra vərəqəsinə əsasən, hazırda mövcud olmayan bir mərtəbli qeyri yaşayış binasının yerləşdiyi ərazi tələbkar Əliyev Raqif Yaqub oğluna təhvil verildi”.
2011-ci ildə başlayan məhkəmənin yekun nəticəsi 2023-cü ilin noyabrında əldə edildi.
Qonşu ərazidə olan evə dair 2018-ci ildə mülkiyyət hüququ əldə etmiş Güləliyev Güləli Nizami oğlu mənə təhvil verilən əraziyə çəkdiyim dəmir şiferdən olan hasarı görünmə-yən hissədən sökərək,ərazini öz ərazisinə qoşub və iyul 2024-cü ildə məhkəmədə mənim onun mülkiyyətini zəbt etdiyimə dair iddia qaldırıb. Həmin məhkəmə araşdırmasında və qərarı qüvvədə saxlayan Şirvan Apelyasiya Məhkəməsində məhkəməyə təqdim edilən hüquq müəyyənedici sənədləri görməzdən gəlmələri, məhkəmə zamanı həmin sənədlərə və əlavə sübutlara əsaslanan çıxışıma mane olmaları ədalətsiz və qanunsuz qərarın qəbul edilməsinə səbəb oldu.
Məhkəmənin görməzdən gəldiyi və əhəmiyyət vermədiyi qüvvədə olan və məhkəməyə təqdim etdiyim hüquq müəyyənedici sənədlər:
1.Mübahisəli ərazidə yerləşən mağazaya dair Sabirabad RKC-nin adına mülkiyyət sənədi olan Seriya MH, N 0000310, Reyestr nömrəsi 909012000014-06301, Qeydiyyat nömrəsi 240600363, Qeydiyyat tarixi 05.09.2006 olan çıxarış.
2.Mübahisəli ərazidə yerləşən mağazanın kooperativlər cəmiyyəti tərəfindən mənə satılmasına dair notarial qaydada təsdiq edilmiş 15 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi.
3.Mənim sahibliyimdə və istifdəmdə olan mağazanın yerləşdiyi mübahisəli ərazinin boşaldılmasına dair Sabirabad Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(056)-763/2018 saylı qanuni qüvvəyə minmiş qərarı.
4.Həmin qərarın qüvvədə saxlanmasına dair Şirvan Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(106)-122/2020 saylı qətnaməsi.
5. Ərazinin mənə təhvil verlməsinə dair İcra məmurunun tərtib etdiyi 06 noyabr 2023-cü il tarixli akt. AKTda yazılır:”Biz aşağıda imza edənlər:

1.Sabirabad Rayon İcra Şöbəsinin icra məmuru Aydın İsmayılov,

2. Tələbkar Əliyev Raqif Yaqub oğlu,

3.Sabirabad Rayon bələdiyyəsinin nümayəndəsi Zakir Əsgərov, 

4.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Elçin Kərimovun iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(056)- 763/2018 saylı icra vərəqəsinə əsasən, hazırda mövcud olmayan bir mərtəbli qeyri yaşayış binasının yerləşdiyi ərazi tələbkar Əliyev Raqif Yaqub oğluna təhvil verildi”.
6. Ali Məhkəmənin 04 iyul 2012-ci li tarixli,2(102 )-2094/12 saylı qərarında yazılır:
“Qanunvericiliyin tələblərinə əsasən iddiaçılardan Sabirabad RKC-nin mübahisəli mağaza binası ilə bağlı mülkiyyət hüquqları,digər iddiaçı Əliyev Raqif Yaqub oğlunun isə sahiblik və istifadə hüquqları olmuşdur”.(səh.4; abzas 7 ) “Apelyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki,iddiaçıların Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşən mağaza binası ilə bağlı hüquqları pozulmuş,bu həmin mağaza binasının özbaşına sökülməsində ifadə olunmuş ...”
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 07 dekabr 2013-cü il tarixli məktub.Məktubdan görünür ki, 1978-ci ildə Sabirabad rayon XDS İcraiyyə Komitəsi,Sabirabad RKC-yə mağaza tikmək üçün mübahisələndirilən həmin ərazidə 0.03 ha torpaq sahəsi ayrılmasına dair qərar qəbul edib.
8. Sabirabad Rayon Məhkəməsinin 11 oktyabr 2011-ci il tarixli, 2(056)461/2011 saylı qərarı. Qərarda yazılır ki, mübahisəli əraziyə Sabirabad Rayon Torpaq Şöbəsinin məsləhətçisi Əliyev Vəli Zülfəli oğlunun və tərəflərin iştirakı liə baxış keçirlmiş və Z.H.Bağırovun həyətini cənub tərəfində yerləşən 3.8 x 10 m ölçüdə sökülmüş tikilinin bünövrə daşları görünür. Eyni zamanda həmin hissədə şərq tərəfdən tikili divarının bir hissəsi qalmışdır. İddiaçılar həmin yerdə mağazanın və yanında gözətçi köşkünün olduğunu qeyd etmişlr.
Qeyd edilən xüsusatlar Sabirabad Rayon Torpaq Şöbğsinin 11.10.2011-ci il tarixli məktubu və tərtib olunmuş sxeması ilə də təsdiq olunur.
9. Məhkəmə qərarlarında öz əksini tapmış Sabirabad rayon bələdiyyəsinin məhkəməyə ünvanladığı 06 yanvar 2012-ci il tarixli, 02 saylı məktubu və 27 noyabr 2013-cü il tarixli,131 saylı məktubu. Məktublarda torpaq ayrılarkən DTXK-nin Sabirabad rayon şöbəsi ilə razılaşdırıldığı, məhkəmənin çıxaracağı qərarın Sabirabad bələdiyyəsinin maraqlarına zidd olmadığı yazılır və nəzərə alınması xahiş edilir.
10.Ərazinin bələdiyyə nümayəndəsinin imzası ilə mənə təhvil verilməsi. Hər iki instansiya məhkəməsi mübahisəli ərazinin istifadəsiz və bələdiyyə mülkiyyəti olmasına dair qərar qəbul etməkdə israrlı olduqları üçün mənim izahlarıma maneçilik törədilir və əlverişli şərait yaradılmırdı.
Yuxarıda qeydetdiyim Şirvan Apelyasiya Məhkəsinin 07 fevral 2012-ci il tarixli, 2(106)65/2012 saylı qərarında yazılan:”Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların Sabirabad şəhəri İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşən mağaza binası ilə bağlı hüquqları pozulmuş, bu həmin mağaza binasının özbaşına sökülməsində ifadə olunmuşdur”.Bu nəticəyə Tofiq Heydərovun sədr olduğu məhkəmədə gəlinib. Həmin məhkəmə qərarında:” Qanunvericiliyin tələblərinə əsasən iddiaçılardan Sabirabad RKC-nin mübahisəli mağaza binası ilə bağlı mülkiyyət hüquqları,digər iddiaçı Əliyev Raqif Yaqub oğlunun isə sahiblik və istifadə hüquqları olmuşdur”. Həmin məhkəmə qərarında yazılır:” Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara hüquqi qiymət verərək müəyyən edir ki,İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşmiş mağaza binasının yeri Bayramov Zamiq Əliheydər oğluna ayrılmış torpaq sahəsi ilə eynidir və onun tərəfindən hasara alınmışdır”.
Hakim Tofiq Heydərovun hakim olduğu Şirvan Apelyasiya Məhkəməsinin 27 aprel 2015-ci il tarixli,2-1(106) 148/2015 saylı məhkəməsinin də mübahisəli əraziyə dair mövqeyi yuxarıda qeyd olunan sonuncu nəticə ilə eynidir.
Mənə elə gəlir ki, MPM-nın 2-ci maddəsinin tələbi ciddi şəkildə pozulub.Çün- ki məhkəməyə təqdim etdiyim kifayət qədər hüquq müəyyənedici sənədləri mötəbər hesab etməyən hakim Tofiq Heydərov sədr olduğu Şirvan Apelyasiya Məhkəsinin 07 fevral 2012-ci il tarixli, 2(106)65/2012 saylı məhkəməsində şəhər icra nümayəndəsinin səlahiyyətinin olmadığı vaxt,yəni 2003-cü ildə ev tikmək üçün həyətyanı sahə ayrılmasına dair sərəncamını mötəbər sənəd hesab edərək icraata qəbul etdi.Sərəncamın hansı ünvana aid olması məlum deyildi və icra nümayəndəliyi məhkəməyə ünvanladığı məktubda verdiyi sərəncamın ləğv edildiyini yazırdı.Lakin həmin sərəncama dair məhkəmə 6 il davam etdi.
Onu da qeyd etmək istəyirəm ki, 2011-ci ildən -2020-ci ilə qədər davam edən hər üç məhkəmə instansiyasında qərarlar müxtəlif olsa da, mülkiyyət hüququnun Sabirabad RKC-yə,sahiblik və istifadə hüququnun mənə məxsus olması fikri hər məhkəmə qərarında aydın şəkildə yazılıb.
Ali Məhkəməyə yazdığım şikayətin nəticəsindən narahat olduğum üçün sizə müraciət edirə.

Xahiş edirəm ki, mənə qarşı olan bu haqsızlıqlara son qoyulmasına və hüquqlarımın bərpa olunmasına köməklik göstərəsiniz..."











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru