"Deməli, dünən səhər saat 06:12 radələrində mənə dalbadal bildiriş gəldi, baxdım Leobank kartımdan kimsə ödəniş etməyə cəhd edir ard-arda: 0.16$, 0.46... 2 dəfə dollar şəklində..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Özü də baxıram, hara olsa yaxşıdı: TikTok-a...
Mən yazıq "TikTok"a ancaq anamın "whatsapp"dan atdığı linkdən "Aİ pişik videoları" izləməyə girirəm yalnız...
Desəm ki kart məlumatlarımı kiməsə vermişəm... susardım. Heç o da deyil. Allahdan əvvəllər bəzi qruplarda gördüyüm paylaşımlara görə kartda pul saxlamıram, bir azacıq xoşhal olduğum kartımı avtomatik bloka atıb bank.
1 saat sonra "Leobank"a zəng etdim, operator xanıma məsələni anlatdım, ancaq mənə heç cürə təhlükəsizliyin tam təmin olunmağını izah edə bilmədi, elə hey dedi "abunə olunub" hansısa musiqi platformasına... bundan əlavə, kartı da blokdan çıxarmaq olmazmış, yenisini almalıyam. Bu da Leobank-ın təhlükəsizlik tədbiri..."











