"Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşların hüquqlarını kütləvi şəkildə tapdalayan, özünü qanunlardan üstün tutan mütəşəkkil bir qruplaşma fəaliyyət göstərir". "DİA-AZ" xəbər verir ki, bu barədə ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Bu şəbəkənin başında "mafiya babası" kimi kənardan idarəetməni həyata keçirən Hacı Mübariz dayanır. Onun oğlu Yusif bütün qanunsuz proseslərin birbaşa koordinatoru, saxta yollarla bələdiyyə sədri postuna gətirilmiş Araz isə bu qruplaşmanın rəsmi sənədləşmə bazası rolunu oynayır.
Cinayət sxemi və qanunsuzluqlar:
Bu şəxslər Qobu torpaqlarını sanki öz şəxsi mülkləri kimi istifadə edir, bir torpaq sahəsini 3-5 müxtəlif vətəndaşa sataraq kütləvi fırıldaqçılıqla məşğul olurlar. Ən acınacaqlı məqam isə odur ki, bu qruplaşma üzvləri açıq şəkildə: "Biz lazım olanların 'haqqını' veririk, toxunulmazlıq almışıq" deyərək dövlət qurumlarının adını ləkələyir, vətəndaşlarda dövlətə qarşı inamsızlıq yaradırlar.
Zərərçəkmişlərin bir qisminin siyahısı və dəymiş maddi ziyan:
Əzimov Elşad Yusif oğlu – 10.000 (on min) AZN
Yusubov Mahir Şahvələd oğlu – 15.000 (on beş min) ABŞ dolları
Şamilov Arif Deputat oğlu – 3.500 (üç min beş yüz) AZN
Şamilova Şahniyar – 4.000 (dörd min) AZN
Bu rəqəmlər buz dağının görünən tərəfidir. Yüzlərlə aldadılmış vətəndaşın taleyi ilə oynayan bu qruplaşma ölkə başçısının hüquqi dövlət quruculuğu siyasətinə, dövlətçilik prinsiplərinə birbaşa qəsd edir. Vətəndaşların kütləvi narazılığı sosial partlayış həddinə çatıb..."











