"Azəriqaz İB əmək qanunvericiliyinə "blok" qoymaqda davam edir..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra sözügedən qurumun əməkdaşlarından birinin yazdığı müraciəti ictimailəşdirib:
"İşçilər yazdı:
Heç bir hüquqi əsas olmadan sayğac əməliyyatları üzrə çilingərlərin qeyri-iş günlərində işə cəlb olunmasına son verilməlidir.
Mart ayında iş günlərinin sayı az olduğundan əməkhaqqı məbləği də aşağı düşür və orta hesabla çilingərlərin maaşı 450–500 manat civarında olacaq. Buna baxmayaraq, artıq indidən mart ayının 23-dən 31-dək bütün əməkdaşların işə çıxması tələb olunur və işə gəlməyənlərin
işdən azad ediləcəyi bildirilir.
Əmək qanunvericiliyinə uyğun olmayan bu cür göstərişlərin verilməsinin səbəbi aydın deyil və məsələyə hüquqi baxımdan aydınlıq gətirilməsi zəruridir.
Sual: cənab sahə üzrə məsul şəxslər! Saat hesabı işləyən çilingərləri Əmək Məcəlləsinin hansı maddəsini əsas tuyutub bayram və istirahət günləri işə çağırırsan, gəlmədiyi halda hansı maddəsini əsas tutub işdən çıxarsan?"











