YALANDAN "TƏHVİL VERİLDİ" YAZILA BİLƏRMİ?
"Belə bir ilginc problemlə qarşılaşmışam..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Emin Aydın adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, ebay-dan alınan bağlamanın izləmə kodu və məlumatlar, təhvil verildiyini göstərir. Lakin, Azərbaycan karqosu (Postkarqo) isə bu məlumatları mənasız hesab edir və bağlamanın təhvil verilmədiyini iddia edir. O, USPS karqoya müraciət etməyi tövsiyyə edir.
Görəsən, doğrudanmı izləmə bilgiləri, ebay-ın məlumatları səhv ola bilər? Bağlama, təhvil verilmədiyi halda, "verildi" göstərə bilərmi?
Nə edək? Anti-inhisaramı müraciət edək?"











