"Şikayətim ABB -dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Şahin Qarakişiyev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "06 mart tarixində saat 5:00-da hesabımdan FRİENDZ başlığı ilə (adı daha öncə heç görməmişəm) 91.79 AZN pul çıxılıb. Pul 47.50 euro olaraq çıxıldığı üçün üzərinə 17.12 AZN miqdarında da Komissiya\Vergi çıxılıb.
Kartımda heç bir abunəlik yoxdur. Üzərinə 3D security-də aktivdir.
Banka zəng etdiyim zaman əməkdaş bildirdiki, kartı blok edə bilərik bu hal təkrarlanmasın. Sual verəndə ki, bəs balansımdan çıxan pul üçün məsuliyyəti kim daşıyır?
Bankdan rəsmi izah tələb etdiyim zaman, yenə eyni cavabı təkrarladı ki, istəsəz kartınızı blok edim.
Həqiqətən anlamıram. Anlamıram ki, şəxsi kartımdan hansısa formada pul çıxılır və Bank bununla bağlı heç bir narahatlıq hiss etmir.
Əgər abunəlik yoxdursa, security aktivdirsə, bəs məsuliyyət kimdədir?
Mən necə edim ki, öz hesabımdakı pulu qoruyum?
Bunu bank edə bilmirsə, kimdən istəməliyəm?
Və ya bu banka daha sonra necə güvənməliyəm?"











