"Çox hörmətli, ABB... Demək, mən 03.08.2026-cı il saat 00:04 tarixində sizin çox hörmətli "Cash in" aparatından (Xırdalan filialınızın tam yanından) nə az, nə çox... 1600 manat vəsaiti məxaric etdiyim halda çox hörmətli aparatınız pulu bir xeyli içəridə fırladı və vermədi..." "DİA-AZ" xəbər verir ki, bunu "AZBank Klubu" sosial qrupundakı paylaşımında Orxan adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Amma "application"dan həmin məbləğ çıxıldı, balansım da sıfırlandı.1 dəqiqə ərzində sizin "Qaynar xətt"lə əlaqə saxlayıb bu barədə məlumat verdim və nömrəmə sorğu göndərildi.
Üzərindən artıq 3 iş günü keçməsinə baxmayaraq hələ də mənə bir geri dönüş edilməyib və bu müddət ərzində "qaynar xətt"inizə dəfələrlə yığmışam. Kimə deyək dərdimizi?
Və utanmadan "tam kart" borcunun ayın 10-na kimi ödənilmədiyinə görə gecikməyə düşdüyü barədə də sms yollanılır. Siz deyin: necə ödəyək? Kimə deyək dərdimizi?!!"











