"Bildiyiniz kimi ayın 20-30 aralığı bayramlarla əlaqədər qeyri-iş günüdür. Banklar isə insanların bayramlarını qara bayrama çevirmək istəyirlər. Banklar kredit ödənişi bu günlərə düşən müştərilərindən ödənişlərini qabaqcadan ayın 19-zu ödənilməsini tələb edirlər..." "DİA-AZ" xəbər verir ki, bunu "AzBank Klubu" sosial qrupundakı paylaşımında Nemət Zakirov adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş haqlı olaraq aidiyyatı qurum və təşkilatlar, xüsusən də Banklar Assosasiyası və Mərkəzi Bank qarşısında tələb irəli süərək bildirir: "Çox qəribə hadisədir. Axı niyə müştəri öz ödənişini 5-6 gün qabaqdan ödəməlidir? Olmazmı banklar 4-5 gün artıq gözləsinlər? Üstəlikdə bilirik ki, bizdə adətən maaşlar ayın axırı verilir. İndi sadə xalq nə etsin, bayrama evinə bur tikə çörək almaq üçünmü borc pul axtarsın, yoxsa bankın kreditini ödəmək üçünmü? Ümid edirəm ki, Mərkəzi bank və dövlət qurumları bu məsələdə sadə vətəndaşların yanında olarlar və banklara bu barədə xüsusi tapşırıq verilərək ödənişlərin mart ayının 31-i, aprelin 1-nə ertələnməsi ilə bağlı müvafiq tapşırıq verərlər..."











