"Yəqin ki bir çoxlarının başına gələn hadisədir,bank kartlarının şübhəli əməliyyat adı ilə bloklanması..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Məsələ burasındadır ki, fevral ayında mənə "million" ("Birbank"da elə yazılıb) vasitəsilə pul göndərildi. Daha sonra həmin məbləğ bloklandı.
Bir neçə dəfə bankla əlaqə saxladım, müraciətimizə baxılacağı bildirildi. Bu gün bir də bankla əlaqə saxladım, mənə bildirdilər k, sizə köçən pul vəsaiti m10 vasitəsilə köçüb və çirkli puldur. Buna görə də kartınızı blokdan açmaq üçün həmin hesabınıza köçən məbləği banka ödəməlisiniz ki, kartınız blokdan açılsın.
Məlumat üçün deyim ki, pul həqiqətən özümə məxsus puldu (şəxsi təsərüfatdan gələn puldur. Bu günə kimi bazarlarda satılan malların pulları təsərüfatçının bank kartına və ya şəxslərin adına birbaşa göndərilir).
Göndərən Rusiyada bazarda malı satıb pulu digər şəxsdən göndərib. Mən də məbləğ hesabıma çatıb deyə həmin adama məbləğin ödənildiyini demişəm. Yəni bu vaxtdan sonra həmin adamdan pul tələb eləmək də bir ayrı problemdir.
Bu məsələdə qazanan sistemin boşluğundan istifadə edən, çirkli pulu yuyan şəxs və şəxslərdir. Sistemdə boşluq buraxan da bankdır, zərərçəkən niyə sadə vətəndaş olmalıdır?"











