
2024-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayevin daha yüksək vəzifəyə təyin olunacağı gözlənilir.
Bizimesr.az-a daxil olan məlumata görə, ETİHİ sədri uzun müddətdir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Sahib Məmmədov ilə bir sıra məsələlərdə razılığa gələ bilmir. Məlumata əsasən, tərəflər arasında idarəetmə prinsipləri, rayon təşkilatlarına rəhbər təyinatları və digər məsələlər ətrafında fikir ayrılıqları mövcuddur. Bu səbəbdən Araz Paşayevin mövcud strukturdan ayrılaraq daha yüksək vəzifəyə keçmək üçün çalışdığı bildirilir.
Qeyd olunur ki, son iki ildə öz fəaliyyəti ilə bağlı geniş təbliğat qurmağı bacaran Araz Paşayev üçün yeni təyinat variantlarından biri kimi Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsi göstərilir.
Məlumat üçün bildirək ki, hazırda bu vəzifə vakantdır. İnstitutun direktor səlahiyyətlərini isə müvəqqəti olaraq Elnur Əliyev icra edir. O, eyni zamanda elm və təhsil naziri Emin Əmrullayevin müşaviri vəzifəsini də tutur.











