"5 gündür ki, "Yelo Bank" öz ampluasındadır — hər gün eyni, şablon cavabları təkrarlayırlar. Dəstəyin səviyyəsi isə demək olar ki, sıfıra bərabərdir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Fazil Amin adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Əziz dostlar, debit kart sifariş etməzdən əvvəl təklif edirəm ki, bu qrupda bir sorğu yaradılsın. Qrup üzvləri öz təcrübələrinə əsasən məsləhət versinlər ki, hansı bankdan debit kart sifariş etmək daha məsləhətlidir.
Artıq 5 gündür ki, "Yelobank" tətbiqindən debit kart sifarişi vermişəm. Sifarişi sima ilə təsdiqləmişəm, amma nə kart var, nə də başqa bir nəticə. Bunun əvəzinə isə 4000+ bildiriş dayanmadan gəlir və telefon artıq qızır.
Buradan "Yelobank"ay səslənirəm: əgər telefonum bu bildirişlərə görə xarab olsa, sizin baş ofisinizə gələcəm. Zəhmət olmasa, rəhbərliyinizə deyin ki, əlləri cibində olsun. Mən təsəvvür edə bilmirəm, Əgər bu "Yelobank" yeni bir müştərisinə belə bir problem yasadarsa, bunun gələcəkdə işləri necə olacaq?
P.S. Debit kart sifariş etməzdən əvvəl bank haqqında əvvəlcədən araşdırma aparın və reputasiyası ilə maraqlanın.
"YeloBank"ın rəhbərliyinə isə sözüm budur: sizə məsləhətim odur ki bağlayın bu bankı, gedin bir Köşk açın..."











