"Ayın 19-u səhər ABB-dən "Kapital bank" kartına ödəniş olub. Amma ... " "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Arzu Abdulla adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "ABB referans kod da təqdim edir. Lakin məbləğ "Kapital kartı"nda görsənmir.
Qazax rayonundakı filialına yaxınlaşıblar... "Sağ olsun" orda işləyənlər... nə absurd cavablar varsa, hamısını veriblər. Camaatın bayramını burnundan gətirirlər. Məsələni necə həll edə bilərik?"











