"Mən keçən il - 2025-ci il 9 Mart tarixində "Kontakt Home"dan 268 manatlıq endirimli Hoffman adlı mobil telefonu 400 və 239 manata, Hoffman firmasinin televizor məhsulunu 400 manata 1-illik kredit şərti olmaqla almışam..." "DİA-AZ" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova və Azad İstehlakçılar Birliyinin (AİB). sədri Eyyub Hüseynova ünvanlanmış müraciətində Mingəçevir şəhər sakini Elcin Həsənzadə qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir (müraciəti olduğu kimi təqdim edirik, zatən vətəndaş nə demək istəyir... anlaşılır-red.): "İlkin olaraq 100azn pulu ödədikdən sonra artiq 11 aydir hər ayin 15-nə kimi ayda 59 azn kredit ödəyirəm. Məhsulu aldiqdan sonra evdə televizorun menyusuna baxib bildim ki “Kontakt Home” Çində istehsal olunan Televizor məhsulunu Almaniya brendi kimi təqdim etdiyi “Hoffmann” adlı məhsul kimi mənə satıblar
“Kontakt Home”un məlumatında aldıqda qeyd olunurdu ki, məhsul “Hoffman” brendi kimi mənə satılıb amma məhsul Cin istehsalıdır.Mən bütün dünyada və eləcə də ölkəmizdə olduqca sevilən Hoffmann firması olduğu üçün bu məhsulu almışam.Amma TV menyuya girəndə əksini gördüm.
Hörmətli Elnur Bağırov və Eyyub Hüseynov cənablari onuda qeyd edim ki, “Kontakt Home”un “Hoffmann” adı ilə mənim kimi müştərilərə təqdim etdiyi (bütün dünyada sevildiyini iddia etdiyi məhsullar dünyanın heç bir ölkəsində satılmırmiş.) “Kontakt Home”da satılan istənilən “Hoffmann” adlı məhsulu internet axtarış sistemlərində, həmçinin sosial şəbəkələrdə axtarışa versəniz qarşınıza yalnız Azərbaycan seqmentində olan saytlar çıxacaq. Yəni, “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsullar Azərbaycandan başqa dünyanın heç bir ölkəsində satılmır. Belə görünür ki, bu məhsullar yalnız Azərbaycan bazarı üçün istehsal olunur.
AİB- sədri Eyyub Hüseynov cənablari onuda qeyd edim ki dünyada məşhur olan şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var.
“Kontakt Home”da satılan “Hoffmann” adlı məhsullarla bağlı daha bir maraqlı məqam odur ki, bu məhsulların siyahısını yalnız “hoffmann-electric.com” adlı veb-saytda yerləşdiriblər. “Kontakt Home” satdığı məhsullarda da bu veb-saytda yer alan və üzərində Almaniya bayrağının əks olunduğu loqodan istifadə edir.
Bunlari nəzərə alaraq sizdən bu məsələnin qanun cərcivəsində həll edilməsini daha dəqiq mən müştərini Cin malı ilə aldatdigi ücün onlari ifşa edib bu faktlari dövlətin aidiyyati orqanlarinin qarsisinda qaldirmagi sizdən xahiş edirəm.Və mənə dəyən 400 AZN manatı zərəri “Kontakt Home”mağazasi ödəməsinə köməklik edəsiniz.
Qeyd olunan məsələlərə aydınlıq gətirmələri üçün suallarımıı “Kontakt Home”a ünvanlasam da, mağazalar şəbəkəsindən suallarıma cavab verilməyib
Onu da deyim ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur..."











