Özünü ölkənin "ən böyük mobil operatoru" adlandıraraq əslində abunəçiləri rəsmən talamaqla məşğul olan "Azercell" mobil operatoru yenə də heyrətləndirməkdə davam edir. Əslində burada heyrətdən hansısa əlamət yoxdur... artıq bizlər "Azercell"in istənilən bahalaşma qərarına öyrəşmişik. Amma qiymətləri qlaıdrmadan oğurluq edəndə... bu hal bir növ sürpriz xarakteri daşıdığından ani olsa da heyrət yaranır. Necə ki, aşağıda təqdim edəcəyimiz giley-müraciətdə olduğu kimi.
"DİA-AZ" xəbər verir ki, "Müştəriyəm Şikayətim var" sosial qrupunda paylaşım edən "Azercell" abunəçisi sözügedən mobil operatorun mesajlaşma - ismarıc xidmətindəki oğurluqdan narazıdır. Narazı vətəndaş yazır:
" "Azercell"dən şikayətim var. Məsələ budur ki, 1 SMS yollayıram... əvəzində 3 dəfə 10 qəpik çıxır. Niyə? "Azrecell" indi də belə oğruluğa başlayıb?
Qeyd edim ki, "sms"in həcmi heç də böyük deyil..."











