"Nə qədər ki Azəriqaz İB camaata yerdən çıxan səmt qazlarını satacaq.... o zamana qədər də Azərbaycanda qazdan zəhərlənmələr, ölüm halları çox olacaq..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında SOCAR işçisi Emil Tahirov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Necə deyərlər, utanmasan, oynamağa nə var... BP şirkətinə neft maraqlıdı deyə, nefti çıxarır qazı havayı olaraq Azərbaycana verir. Bu xam qazı da emal olunmamış şəkildə - zəhərli minerallarla qarışıq halda əhaliyə verirlər və qaz yanarkən tərkibində olan yüngül yanmayan minerallar insanları zəhərləyir. Adını da qoyurlar ki, təhlükəsizlik qaydalarına riayət etməyiblər, ya da ki hamam otağının havaçəkən yeri yox imiş guya...
Əslində bütün bu izahatların hamısı boş söbətdir. Hansı rayonun QPS-nə getsələr, seporatorları da işləmir, adi adarantı xərcləri az çıxsın deyə, ayda cəmi bir dəfə vururlar. Qalan adarant üçün ayrılan pulları yeyirlər... Bir sözlə Azəriqaz İstehsalat Birliyinin çoxlu sayda qanunsuz kriminogen əməllərindən və ya faydasız əmək fəaliyyətindən danışmaq olar.
Ancaq hər kəs bilir ki, "Azəriqaz"ı idarə edən rəhbərlərdən şikayət etməyin də faydası yoxdur. Çünki aldıqları rüşvətdən dolayı susmalı olurlar..."











