Ağdam rayon sakini Rüfət Qurbanov bildirir ki, 2003-cü ildən bu günədək astma xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, 2011-ci ildə səhhəti ilə bağlı ona ikinci qrup əlillik dərəcəsi təyin olunub.
"DİA-AZ"ın məlumatına görə, şikayətçi qeyd edir ki, 11 il ərzində ona ayrılmış əlillik təqaüdünü alıb. Lakin 2025-ci ildə keçirilən tibbi-sosial ekspertiza nəticəsində ona təyin olunmuş ikinci qrup əlillik dərəcəsi ləğv edilərək üçüncü qrup əlillik dərəcəsi verilib.
Rüfət Qurbanov bu qərarla razılaşmadığını bildirir. O iddia edir ki, səhhətində heç bir yaxşılaşma olmadığı halda əlillik dərəcəsinin aşağı salınması qanunsuzdur.
Şikayətçi məsələyə yenidən baxılması üçün təkrar komissiyanın yaradılmasını və əlillik dərəcəsinin düzgün şəkildə təyin olunmasını tələb edir.











